“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Türkiyənin 8 bölgəsində yanğın davam edir“ - Bekir Pakdemirli

Tarix 01.08.21, 23:20

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin 8 bölgəsində yanğın davam edir.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli mətbuata açıqlamasında bildirib.

Nazir deyib ki, indiyədək 125 yanğından 117-si nəzarətə alınıb, bəziləri tamamilə söndürülüb.

B.Pakdemirli Antalyanın Manavqat rayonu, Gündoğmuş qəsəbəsində, Muğlanın Marmaris, Milas rayonlarında, Göyçeğiz, Kavaklıdərə qəsəbələrində, Menteşe, Seyidlikəmər məhəllələrində, Tunceli vilayətinin Hozat rayonunda yanğınların davam etdiyini deyib. Nazir bu gün başlayan Muğlanın Menteşe, Bodrum, Mersinin Silifke, Antalyanın Qazipaşa və Kəmərli rayonlarında baş verən yanğınlar nəzarətə alındığını vurğulayıb.

B.Pakdemirli deyib ki, yanğın yaşayış məntəqələrinə yaxınlaşdığı üçün təhlükəsizlik məqsədilə Muğlada bu gün 6 məhəllə boşaldılıb. Nazir bu yanğınlara müdaxilə edərkən 16 təyyarə, 9 pilotsuz uçuş aparatı (PUA), 45 helikopter, 6 idarəetmə və bir 1 pilotsuz helikopter, 708 suçiləyici, 120 inşaat maşını, 4800 heyət içtirak edir. Nazir bu yanğınlarda 8 nəfərin vəfat etdiyini, xeyli heyvanın tələf olduğunu, dünən isə yanğınla mübarizədə 15 nəfərin həyati təhlükəsi olduğunu bildirib.

"Bu fəlakətdə bizə yaxından dəstək olan qardaş ölkələrə də, xalqımıza da təşəkkür edirəm”, - deyə nazir qeyd edib.



Xəbərin oxunma sayı : 967




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap