Xalq artistindən cazibədar paylaşım - FOTO Röya imicini dəyişdi - FOTO Damla yeni rəngarəng obrazlarıyla heyran etdi - VİDEO Natavan Həbibi çəhrayıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 05 Dekabr 2022

    Xalq artistindən cazibədar paylaşım - FOTO

  • / Maqazin / — 28 Noyabr 2022

    Röya imicini dəyişdi - FOTO

  • / Maqazin / — 25 Noyabr 2022

    Damla yeni rəngarəng obrazlarıyla heyran etdi - VİDEO

  • / Maqazin / — 14 Noyabr 2022

    Natavan Həbibi çəhrayıya büründü - Fotolar

  • / Maqazin / — 04 Noyabr 2022

    Aygün Kazımova qırmızıya büründü - FOTO

  • / Maqazin / — 01 Noyabr 2022

    Tünzalə Ağayeva geyimi ilə yenə diqqət mərkəzində - FOTO

“Tender cinayətləri”nin üzə çıxması üçün mütləq nazir həbs olunmalıdır? – Təfərrüat

Tarix 04.10.22, 11:51

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  

Yeniavaz.com xəbər verir ki, prosesdə Sabunçu rayonu, Maştağa qəsəbəsində təsərrüfat fəaliyyəti ilə məşğul olan Eldar Əliyev dindirilib. Eldar Əliyev bildirib ki, onun məlumatı olmadan adına şirkətlər açılıb: “Məlikhəsən adlı qonşum var idi. Hər dəfə onu görəndə işsizlikdən şikayət edirdim. Bir gün dedi ki, səni işə düzəldirəm, ayda 200 manat maaş alacaqsan. Maşınla apardı məni sənədlərə qol çəkdik. Mən nə bilim ki, adıma şirkət yaradıb. Necə şirkət rəhbəriyəm ki, evim başıma uçur. Adımı yaza bilməyən adamam, müəssisə nədir? Məlikhəsənin özünün də harada işlədiyini bilmirəm. Qəsəbədə onu quş saxlayan kimi tanıyırdıq".

Məlumat üçün bildirək ki, vətəndaşların xəbəri olmadan onların adına şirkətlərin açılması və sonradan həmin şirkətlər vasitəsilə tenderlərdə və digər əməliyyatlarda  saxtakarlığın aparılması barədə əvvəllər dəfələrlə yazmışıq.

Lakin, maraqlıdır ki, hüquq-mühafizə orqanları nə bu yazılarda, nə də sosial şəbəkələrdə yayılan məlumatlara bugünə kimi münasibət bildirməyib. Belə görünür ki, bu cür hallara hüquqi müstəvidə qiymət vermək üçün hansısa yüksək rütbəli məmurun həbs olunması lazımdır.



Xəbərin oxunma sayı : 496

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap