“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Toplum TV“ işi üzrə daha iki nəfər həbs edildi - Məhkəmədən qərar

Tarix 17.01.25, 18:45

Font ölçüsü : - / +
bitmap-img6


“Toplum TV” işi üzrə barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilmiş jurnalist Fərid İsmayılovla bağlı qərar verilib.

AzFakt.com APA-ya istinadən xəbər verir ki, onunla bağlı qətimkan tədbirinin dəyişdirilməsi barədə istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Təqdimata Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılıb.
Məhkəmənin qərarı ilə Fərid İsmayılov barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

***

APA xəbər verir ki, onunla bağlı həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Fərid İsmayılovla birgə otaq yoldaşı olan Nihat İbrahimxəlilov (Libertayn) da saxlanılıb.

Hazırda Fərid İsmayılovla bağlı təqdimata Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, ötən ilin mart ayının 6-da "Toplum TV”nin ofisində axtarış aparılıb.

Paytaxtın Nərimanov rayonu Y. V. Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

Xətai Rayon Məhkəməsində "Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

"Toplum" TV işi üzrə istintaq yekunlaşıb. İş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar irəli sürülüb.



Xəbərin oxunma sayı : 1720




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap