“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Şuşa” adından istifadəyə məhdudiyyətlər qoyuldu – DETALLAR

Tarix 13.05.22, 12:09

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanuna digər normativ hüquqi aktlarla müəyyən edilən hüquqi tənzimləmə tətbiq edilir.

Bununla bağlı layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

Bu hüquqi tənzimləmə Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, memarlıq və şəhərsalma fəaliyyəti, reklam fəaliyyəti, habelə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi və digər sahələri əhatə edir.
Ətraflı

Layihədə “Şuşa” adından istifadə etmək üçün xüsusi qaydaların tətbiq edilməsi məqsədilə həmin qanuna 3-1-ci maddənin əlavə edilməsi təklif olunur.

Yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir. Əlavəyə əsasən, hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında, kommersiya və reklam məqsədilə, əmtəə nişanlarında və coğrafi göstəricilərdə “Şuşa” sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol verilir.

Qanuna yeni 40.1-1-ci maddə də əlavə olunur. Əlavəyə əsasən, Şuşa şəhərinin ərazisində idman yarışlarının “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunun tələbləri nəzərə alınmaqla keçirilməsi təklif olunur.

Layihə müzakirələrdən sonra üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.



Xəbərin oxunma sayı : 589




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap