“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Virusun bitməməsi üçün çalışan çox güclü qüvvələr var“ - “Bar verən ağacı kəsərlər heç?“

Tarix 19.09.21, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


“İndiki pandemiya olmasaydı, bu qədər şpris, bu qədər dərman, bu qədər tibbi avadanlıq, aparaturalar və s. satılacaqdımı? Kim idi, məsələn, D dimer, ferritin kimi az istifadə edilən analizlərin reagentlərini istifadə edən?”.

Bunu həkim reanimatoloq-anestezioloq Şahin Məmmədov "facebook" səhifəsində qeyd edib. Onun sözlərinə görə, COVID-19 virusunun müalicəsində istifadə edilən məşhur dərmanlar əvvəllər də var idi, amma yaxşı satış olmurdu. “Vaksin istehsal edənlər üçün pandemiya çoxdan arzuladıqları, göydəndüşmə fürsətdir. Hər ölkə çoxsaylı süni tənəffüs aparatları, cpap maskalar, geyimlər almağa məcbur oldu və s.

Süd verən inəyi, bar verən ağacı kəsərlər heç? Pandemiyanın davam etməsi, bitməməsi təkcə böyük farmakoloji mafiyalara yox, bir çox sahədə çoxsaylı oliqarxlara sərf edir. Yəni virusun bitməməsi üçün çalışan çox güclü qüvvələr var. Onları COVID-19-un “daydayısı”, “krışası”, havadarları adlandırnaq olar. Vaxt var idi, ölkədə cəmi 50 nəfər COVID-lə xəstələnmişdi, ciddi qapanmalara gedilmişdi. İndi minlərlə infeksion xəstə var, vaksinasiyadan başqa heç bir tədbir görülmür. Ona görə də, siz yaxınlarınızı şəxsən özünüz qoruyun. Əhali sıx olan yerlərə getməyin, ara məsafəsini gözləməyə, gigiyenik qaydalara maksimum əməl etməyə çalışın”, - deyə azərbaycanlı həkim bildirib.



Xəbərin oxunma sayı : 682




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap