“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Özündən 24 yaş böyük sevgilisini narahat etdi - Həbs olundu

Tarix 12.05.25, 12:50

Font ölçüsü : - / +
bitmap-img6


Mayın 9-da Bakıda daşıma şirkətlərindən birinin kuryeri olan 2002-ci il təvəllüdlü Nurxan Qədimov həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, keçmiş sevgilisi 1978-ci il təvəllüdlü Gülbəniz Əliyevanın (şərti ad-soyadlı) şikayəti əsasında inzibati məsuliyyətə cəlb edilib.

Araşdırmalar zamanı məlum olub ki, G.Əliyeva 2018-ci ildə boşanıb və həmin vaxtdan Nərimanovdakı restoranlardan birində çalışır. Onun təxminən bir il əvvəl restoranda kuryer işləyən Nurxanla münasibəti yaranıb və sevgili olublar. Lakin 1 aya yaxındır ki, Gülbəniz Nurxandan ayrılmaq qərarına gəlib. Buna baxmayaraq, gənc oğlan ondan əl çəkməyərək daim izləməyə, yaşadığı Binə qəsəbəsindəki evinin qarşısında növbə çəkərək qadını və qızını narahat etməyə başlayıb.

Məsələ ilə əlaqədar mayın 9-da Xəzər RPİ-nin 2-ci Polis Şöbəsində inzibati protokol tərtib edilib. Xırda xuliqanlıq əməlində təqsirləndirilən 23 yaşlı oğlan saxlanılaraq Xəzər Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə Nurxan törətdiyi əməldən peşman olmadığını deyib: “5-6 il olar ki, Gülbənizi tanıyıram, bir il olar ki, daha yaxın olub sevgi münasibəti yaşamışıq. Mən Gülbənizə çox bağlanmışam, son 1 ayda o mənimlə münasibəti kəsmək istədi. Lakin mən ondan əl çəkə bilmirəm, daima görmək üçün Gülbənizin iş yerinə və yaxud yaşadığı yerə gedirəm. Bu da onun narahatlığına səbəb olur.

Gülbənizi 4-5 gün görməsəm, danışmasam, elə bilirəm ki, həyatında kimsə var. Ona görə də yaşadığı ünvana, yaxud iş yerinə gedirəm, onun telefonunu götürüb özümdə saxlayıram. Əməlimdən peşman deyiləm. Yenə də Gülbənizin iş yerinə, o işdə olmadığı vaxt isə yaşadığı evə gedəcəyəm. O, istəməsə də belə, gedəcəyəm. Ona görə ki, Gülbənizə bağlanmışam, ayrıla bilmirəm, onu sevirəm. Onun qızının verdiyi izahat da doğrudur”.

Qeyd edək ki, G.Əliyeva və qızı izahat verərək Nurxanın məsuliyyətə cəlb olunmasını xahiş ediblər.

Xəzər Rayon Məhkəməsinin qərarı ilə Nurxan Qədimova 5 sutkalıq inzibati həbs verilib.



Xəbərin oxunma sayı : 145




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap