“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Zevs” ləqəbli şəxsin hərəkəti araşdırılır - DİN

Tarix 15.06.21, 12:16

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə izləyicisini döyərək lentə alan şəxslə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan iddialar nəzarətə götürülməklə araşdırılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, yutuber Ruslan Quliyev yarım milyondan çox izləyicisi olan yutub kanalında “Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü” başlıqlı video paylaşıb. Həmin videoda “Zevs” kimi tanınan R.Quliyev izləyicisi ilə görüşən zaman onu döyüb. R.Quliyev daha sonra videonu öz kanalından silsə də, görüntülər sosial şəbəkələrdə yayılıb və etirazla qarşılanıb.

Xatırladaq ki, ötən ilin yayında Ruslan və qardaşı Coşqun Quliyev onlara dövlət tərəfindən verilən 190 manatlıq birdəfəlik ödənişə qarpız alıb və hamısını qıraraq lentə almışdı. Daha sonra həmin pulu aidiyyəti üzrə sərf etmədikləri üçün üzr istəmələri ilə bağlı video da yayılmışdı.



Xəbərin oxunma sayı : 796




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap