Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

“Zorakılıq edən qızın valideynləri qapını açmır“ - AÇIQLAMA

Tarix 20.02.24, 17:42

Font ölçüsü : - / +
bitmap-img6


“Şagirdlər zorakılıq törədən uşaqla bağlı hər hansı problem yaşamadıqlarını deyirlər”.

AzFakt.com xəbər verir ki, bunu 156 saylı məktəbin yaxınlığında zorakılığa məruz qalan yeniyetmə qızla bağlı jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib.

Onun sözlərinə görə, zorakılığı törədən şagird qarşı tərəfin ona virtual zorakılıq etdiyini iddia edir.

“Hazırda zorakılıq edən şagird və onun ailəsi ilə əlaqə qura bilmirik. Telefonlara cavab vermirlər, qapıya gedən müəllimlərə də qapını açmırlar. Buradan həmin şagirdin valideyninə açıq şəkildə demək istəyirəm ki, bu onun məsuliyyətsizliyidir. Bildirim ki, zorakılıq edən qız qeyd edib ki, bullinqə məruz qalan qız ona virtual zorakılıq göstərib (sosial şəbəkələrdə şəklini paylaşaraq əxlaqsız xidmətlər göstərdiyini qeyd edib – red.). Bu səbəbdən də videodakı davranışa əl atıb. Təbii ki, bu yolverilməzdir”.

G.Səfərova əlavə edib ki, 156 saylı məktəb davranış qaydalarına görə pilot layihənin olduğu məktəblərdən biridir:

“Hazırda bu yöndən də biz araşdırma aparırıq. Bu məktəbdə müəllimlər üçün bullinq təlimləri keçirilib.

Onu da qeyd edim ki, zorakılığa məruz qalan uşaq da 156 saylı məktəbin məzunu olub. Amma videonu çəkən şəxs məktəbin şagirdi olmayıb. Onun kənardan dostu olub”.

Şagirdlərin arasında nə baş verdiyi barədə məsələyə gəldikdə isə, nazirlik rəsmisi qeyd edib ki, təfərrüat hələ məlum deyil.

Ətraflı videonu təqdim edirik:





Xəbərin oxunma sayı : 748




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap