“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

ABŞ dövlət katibi NATO-da görüş keçirəcək - Rusiya ilə Ukrayna arasındakı gərginlik müzakirə ediləcək

Tarix 11.04.21, 9:23

Font ölçüsü : - / +
bitmap-img6


Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken gələn həftə Brüsseldə ABŞ-ın NATO üzrə həmkarları ilə Rusiyanın hərbi fəallığı fonunda təkrar görüşəcək. Bu barədə aprelin 9-da «Bloomberq» agentliyi xəbər verib.

Agentlik səfərin tarixini dəqiqləşdirmir, ancaq qeyd edir ki, dövlət katibinin görüşləri qeyd olunduğu kimi, demək olar bütün həftə boyu davam edəcək.

Bu zaman eyni vaxtda ABŞ Müdafiə naziri Lloyd Ostin də Brüsseldə olacaq və əvvəlcədən xəbər verildiyi kimi, Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberqlə danışıq aparacaq. Martfn 22-dən 25-ə qədər Blinken artıq Büsseldə səfərdə olub və NATO ölkələri xarici işlər nazirlərinin görüşündə iştirak edib.

Bundan əvvəl, cümə günü ABŞ Dövlət Departamenti mətbuat xidməti rəhbərinin müavini Calin Porter jurnalistlər üçün keçirilən dövri brifinqdə xəbər verib ki, Birləşmiş Ştatlar rəsmi Kiyev və bölgədəki həmkarları ilə birlikdə Rusiya-Ukrayna sərhədində cərəyan edənləri diqqətlə izləyir.

O, həm də ABŞ HDQ-nin iki gəmisinin gələn həftə Bosfordan keçməklə Qara dənizə gedəcəyi və mayın 4-ə kimi orada qalacağını bildirib. Porterin sözlərinə görə, Vaşinqton dəqiq işarə verib ki, Moskva qarşılıqlı fəaliyyətdə gərginliyə aparan istənilən davranışdan qaçmalıdır.



Xəbərin oxunma sayı : 325




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap