“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Abdin Fərzəliyev Mehdiabadda səkini də satdı: bələdiyyə sədri makler rolunda – FOTOLAR

Tarix 01.02.23, 22:32

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonu İradə Gülməmmədovanın icra başçısı vəzifəsindən gedişindən sonra ağ günə çıxacağını gözləyirdi. Amma sən saydığını say, gör yeni təyin olunan icra başçısı Abdin Fərzəliyev nə sayır. Əslində ona yeni İH başçısı söyləmək də olmaz, çünki uzun illər Bakının Nərimanov rayonuna rəhbərlik edib, elə oradakı fəaliyyəti də Abşerondan fərqlənməyib: səkilərə qədər satmaq, tikintilərə ağacları qurban vermək, obyekt satmaq, hətta “moyka” biznesi qurmaq…

İndisə eynilə Abşeron rayonunda Fərzəliyev bir kabusa çevrilməkdədir. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, onun Abşerona təyinatı ilə rayonda özbaşınalıq, kimin harda istəsə qanunsuz tikinti aparması daha da geniş vüsət alıb. Çünki Nərimanovu qarış-qarış satan bir məmurdan Abşeronda qanuni fəaliyyət gözləməyə də dəyməzdi. Nəticədə Xırdalan, Masazır və digər ərazilərdə Abşeron İH rəhbərinin əl işini görmək mümkündür. Bu iş isə qanunsuz tikintilərə şərait yaratmaqdan tutmuş fərdi ev tikinti üçün rüşvət tələb olunmasına qədər əhatə edir.
Sonuncu belə “nümunə” Mehdiabada aiddir. Qəsəbənin tən ortasında qanunsuz olaraq tikintilər səkiyə çıxarılır, artırmalara yol verilir. Belə ki, cumhuriyyet.az olaraq təqdim etdiyimiz fotolardan da göründüyü kimi Abşeron rayonun Mehdiabad qəsəbəsində insanların gediş-gəlişi üçün nəzərdə tutulan səki dükan kimi satılıb. İnsanların gediş-gəlişi üçün nəzərdə tutulan səkini satan Abşeron rayonun Mehdiabad qəsəbəsi üzrə icra nümayəndəsi Əli adlı şəxs və Mehdiabad bələdiyyəsinin sədri Müstafa Süleymanovdur. Səkinin satılması Mehdiabad qəsəbə sakinlərinin çox böyük narazılığına səbəb olub. Səki Mehdiabad-Fatmayı makistiral yoludur. Səki satldığından hal hazırda insanların həyatı böyük təhlükə altındadır. Məcburiyyət qarşısında qəsəbə sakinləri əsas makistiral yola çıxırlar. Magistiral yolunu satılması birbaşa qanun pozuntusudur. Mühafizə xəttinin üzərində obyekt satışına başlayıblar.






Xəbərin oxunma sayı : 562




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap