“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Afrika ölkəsində qadının evlənmə təklifinə “yox” deyən kişi cərimələnəcək - FOTO

Tarix 12.08.22, 9:46

Font ölçüsü : - / +
bitmap-img6


Çadın Manqalma subprefekturasında evlilik təklifindən imtina edən sakinlər “amçilini” adlanan cəriməni ödəməlidirlər.

Bu barədə yerli İslam Ali Şurası qərar verib.

Yeni qaydalardan birinə əsasən, qadın kişidən onunla evlənməyi xahiş edə bilər. Kişi razılaşarsa, 35 min Mərkəzi Afrika frankı (təxminən 93 manat), imtina edərsə 100 000 frank (265 manat) məbləğində sabit rüsum ödəməlidir.

Əksinə, evlilik təklifindən qadın imtina edərsə, 15 min frank (39 manat) məbləğində cərimə ödəməlidir. Qəsdən imtina edən qadın 25 min frank (66 manat) məbləğində cərimə ödəyəcək.

İnsan Hüquqları Təşkilatının Çad Qadın Hüquqları Liqası bu və başqa qaydaların yer aldığı qərarı ləğv etmək üçün “#StopAmchilini” həştəqini işə salıb. Onların sözlərinə görə, bu qərarlar evliliyə razılıq azadlığını təmin edən Çad qanunlarını pozur.

Qeyd dək ki, Çadda məcburi nikahlar geniş yayılıb, adətən qurbanlar azyaşlı qızlar olurlar.

Onu da vurğulayaq ki, qaydalarla bağlı göstərilən cərimə məbləğləri hazırda istənilən Çad vətəndaşı üçün külli miqdarda vəsait deməkdir.





Xəbərin oxunma sayı : 880




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap