Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Almaniya səfirindən “Azərsu”ya çağırış - struktur şəffaf olmalıdır

Tarix 12.10.21, 14:05

Font ölçüsü : - / +
bitmap-img6


“Çox şadam ki, Almaniya dayanıqlı inkişaf məsələsinə töhfə verir. Biz azad bazar iqtisadiyyatına inanırıq”.

AzFakt.com xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfang Manig Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş “Davamlılıq Forumu 2021” tədbirində bildirib.

“Dövlət subsidiyalarından aslı olan və nəticə etibarilə yerli icmalarla təmas qura bilməyən, iqtisadiyyat üçün ağır yük olan iri şirkətlərin əhəmiyyətinə inanmırıq:. Almaniyada ixtisaslaşmış şirkətlər öz sahələri üzrə fəaliyyət göstərməklə dünya öndərlərinə çevrilib. Almaniya-Azərbaycan Ticarət Palatasına gəldikdə isə inanırıq ki, biz həm mərkəzi hökumət, həm də bələdiyyə qurumları səviyyəsində bu məsələ ilə bağlı əməkdaşlıq edə biləcəyik. Bir nümunə çəkim. Mən Bakının Badamdar qəsəbəsində yaşayıram. Orda su xəttində sızma baş vermişdi. Sızmanın həcmi o qədər böyük idi ki, nəticə etibarilə təmiz su itkisinə səbəb olmaqla yanaşı, yol boyu hərəkəti dayandırmışdı. Halbuki sızmanın qarşısını alan cihazların quraşdırılması bununla bağlı halların qarşısını tam almağa imkan verir. İnnovasiyaları təmin etmək üçün vəsait ayırmaq lazımdır. Almaniya şirkətlərini inandırmaq çətindir. Onlar deyirlər ki, struktur şəffaf olmalıdır, Ona görə Azərbaycandan olan tərəfdaşlara o cümlədən “Azərsu” ASC-yə səslənərək demək istəyirəm ki, gəlin səylərimizi birləşdirməklə şəffaf və təmiz içməli su təminatına nail olaq”, - deyə o, qeyd edib. (Report)



Xəbərin oxunma sayı : 463




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap