Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Anar Mahmudovun adamları obyektə hücum ediblər? - Vəkildən açıqlama

Tarix 24.07.21, 16:26

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov başqa bir şəxsin obyektinə hücum təşkil etməsi ilə bağlı yayılan məlumatlara vəkili vasitəsilə münasibət bildirib.

Gununsesi.info saytında dərc olunan məlumata görə, sabiq MTN rəhbəri bir neçə vətəndaşa məxsus, Xətai rayonu, Fəzail Bayramov, 1156 ünvanda yerləşən obyekti ələ keçirib və hazırda E.Mahmudovun yaxın adamları həmin tikiliyə zorla girməyə çalışır.

Vətəndaşlar bildiriblər ki, qarşı tərəf obyektin Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsus olduğunu iddia edir.

 

Lakin onlar obyektin sahibinin Anar Mahmudov olmadığına dair məhkəmə qərarı olduğunu bildirirlər.

Anar Mahmudovun vəkili Cavid Rzazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin obyektə hər hansı bir hücum təşkil olunmayıb:

“Orada yaxın qohum kimi təqdim edilən şəxs isə mənim vəkil həmkarım Nicat Nağıyevdir.

Mən, 2014-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış əsasında mülkiyyət sahibi olan Anar Mahmudovun vəkili olaraq əmlakın zəbt edilməsi, orada olan avadanlıq və mebellərin talan edilməsi, habelə özbaşınalığına son qoyulması ilə bağlı iyulun 3-də polisə müraciət etmişəm. Sonradan eynilə Baş Prokurorluğuna da müraciət ünvanlamışam.

Həmin müraciət əsasında zəbt, talançılıq və özbaşınalıq əməllərinin araşdırılması məqsədilə 37-ci Polis Şöbəsinin əməkdaşları obyektə daxil olub orada baxış keçirmək istəyiblər. Obyektin yerləşdiyi ərazidə olan “Sahil-D” şirkətinin 6-7 əməkdaşı polisin qanuni tələblərinə, yəni obyektə baxış keçirmək istəyinə maneə törədiblər.

“Sahil-D” şirkətinin əməkdaşları bizim Çıxarışın ləğv olunduğunu iddia ediblər. Bu xüsusatı araşdırmaq üçün DƏDRX-ə rəsmi vəkil sorğusu ilə müraciət etmişəm və 18 may 2021-ci il tarixli cavab məktubu ilə məlum olub ki, qeyri-yaşayış sahəsi Anar Mahmudovun adına qeydiyyata alınıb və hazırda mülkiyyətindədir”.



Xəbərin oxunma sayı : 616




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap