| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Aqrar sektorda subsidiyanın məqsədidəyişir - inkişaf sürəti artacaqmı...
Tarix 10.02.24, 13:17 |
|
İxracda artım olsa da, ötən ilin yekununda bitkiçilik məhsullarının əksəriyyəti üzrə istehsalda azalma qeydə alınıb
Azərbaycan hökuməti aqrar sektorda subsidiya ödənilən məhsulların siyahısının genişləndirilməsinə deyil, istehsalın həcminin artımını stimullaşdıran təşviqlərə üstünlük verəcək. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib. Onun sözlərinə görə, müasir suvarma sistemlərinin (damcılı, pivot) tətbiqi, ərzaq təhlükəsizliyi prioritet olaraq qalacaq: “Subsidiyalar ona uyğun sistemləşdiriləcək”.
Qeyd edək ki, hər il Kənd Təsərrüfatı yanında Aqrar Subsidiya Şurası subsidiya ayrı-ayrı bitkiçilik, heyvandarlıq məhsulları üzrə subsidiya əmsalını müəyyən edir. Aqrar Subsidiya Şurasının 2024-cü il üçün subsidiya əmsalına dair qərarından aydın olur ki, hökumət çay istehsalına diqqəti artırır. Belə ki, şuranın qərarına əsasən, 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan və yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş çay plantasiyalarına subsidiya əmsalı 60 müəyyən edilib, hər hektara görə 12 min manat subsidiya ödənəcək. Bu plantasiyalar istisna olmaqla, 2019-cu ildən bəri salınan çay plantasiyaları üçün əmsal 3,7-dən 4-ə qaldırılıb, hər hektara ödəniş 800 manat olacaq. 2019-cu ildən əvvəl salınan plantasiyalar üçün əmsal dəyişməyib. Bundan əlavə, çəltik əkinləri üçün də əmsal 1,8-dən 1,9-a, subsidiya məbləği 380 manatdan 380 manata çatdırılıb.
Maraqlı bir məqam şaftalı, naringi və ərik bağlarına görə də subsidiyanın verilməsinə başlanmasıdır. Şuranın qərarı ilə 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan şaftalı, nektarin və ərik bağlarının hər hektarı üzrə əmsal 40-a, ödəniləcək subsdiya məbləği isə 4000 manata bərabər müəyyən olunub.
Şabalıd bağları istisna olmaqla, damcı suvarma sistemi ilə təmin olunmuş meyvə bağlarının əmsalı 1.5 ödəniləcək subsidiya məbləği isə 300 manat müəyyən edilib.
2024-cü ildə əkin subsidiyasının verilməsi üçün “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilib.
Artıq Azərbaycanda fermerlərə payızlıq əkinlər və çoxillik əkmələrə görə subsidiyaların ödənişinə başlanılıb. KTN-dən verilən məlumata əsasən, subsidiyaları nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) dövlət büdcəsinin vəsaiti hesabına ödəyir. İlkin mərhələdə 2023-2024-cü təsərrüfat ili üzrə 536 702 əkin bəyanı əsasında 263 992 fermerə ümumilikdə 109 milyon 517 min manat əkin subsidiyası ödənilib. Subsidiya ödənişləri payızlıq əkinlər və çoxillik əkmələrə görə bəyan edilmiş 543 298 hektar sahəni əhatə edir.
Xatırladaq ki, ötən il fevralın əvvəllərində 189 946 əkin bəyanı üzrə 93 904 fermerə 48 milyon 636 min manat ilkin əkin subsidiyası ödənilmişdi. Ödənişlər 258 349 hektar əkin sahəsini əhatə edirdi. Bu isə o deməkdir ki, cari ildə ilkin mərhələdə subsidiya ödənişi alan fermerlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə, subsidiya vəsaitinin miqdarı 2,3 dəfə, əkin sahəsinin həcmi 2,1 dəfə, ödəniş edilən bəyanların sayı 2,8 dəfə çoxdur.
Nazirlik bildirir ki, subsidiya ödənişlərinin sürətli köçürülməsinə müsbət təsir edən amillərdən biri də fermerlərin çıxarış sənədlərini əldə etməsidir. Belə ki, “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” ölkə Prezidentinin 7 oktyabr 2021-ci il tarixli fərmanına uyğun olaraq gələn il yanvarın 1-dən başlayaraq subsidiyaların torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış sənədi əsasında verilməsi nəzərdə tutulub. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi bu sahədə fermerlərin maarifləndirilməsi, vətəndaşların torpaqdan istifadə hüququna dair sənədlərində mövcud çatışmazlıqların aradan qaldırılması və pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinin başa çatdırılması ilə bağlı işlərin sürətləndirilməsi üçün aidiyyəti qurumlarla birlikdə müvafiq addımlar atır. Bunun nəticəsində torpaq sənədlərinin əksəriyyəti hazırda çıxarış sənədləri ilə əvəzlənib və 2023-2024-cü təsərrüfat ilində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiya edilib.
AKİA əkin bəyanlarının monitorinqini başa çatdırdıqca ödənişləri həyata keçirir. Monitorinqlərin müddəti və mərhələləri bəyanların uyğunluğundan, fermer sahələrindən, əkilmiş bitkinin növündən asılıdır. Qanunvericiliyə əsasən, fermerlər karta köçürülmüş vəsaitin 25 faizini nağdlaşdıra, 75 faizini isə qeyri-nağd qaydada mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid ala bilər, habelə torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına və qurulmasına sərf edə bilərlər.

Onu da bildirək ki, Azərbaycanda aqrar subsidiya mexanizmindən əlavə, kənd təsərrüfatı istehsalçılarını dəstəkləmək üçün digər mexanizmlər də tətbiq olunur. Lakin ölkədə aqrar sektorun yüksək inkişafından danışmaq hələ ki mümkün deyil. Doğrudur, aqrar məhsulların ixracında artım davam edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın fevral sayının ilkin rəqəmlərinə görə, 2024-cü ilin yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 222 milyon ABŞ dolları təşkil edib. Bu isə o deməkdir ki, yanvar ayında ölkənin ümumi ixracı 100 milyon dollar (ötən ilin yanvarında 1,9 milyard dollar olub), o cümlədə qeyri-neft ixracı 62,5 milyon dollar (284,5 milyon dollar) azalıb.
Mərkəz bildirir ki, 2024-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 70,4 milyon ABŞ dollarına bərabər olub. Ay ərzində bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9 faiz, meyvə-tərəvəz ixracı 21,2 faiz artıb.
Cari ilin yanvar ayı ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5 faiz artaraq 74,1 milyon ABŞ dolları təşkil edib.
İxracda artım olsa da, ötən ilin yekununda bitkiçilik məhsullarının əksəriyyəti üzrə istehsalda azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən il buğda istehsalında cüzi artım olub. Ölkə üzrə əkin sahələrindən 1010,5 min ton və ya 2022-ci ilə nisbətən 5,9 faiz az kartof, 1825,6 min ton (0,1 faiz çox) tərəvəz, 438,2 min ton (6,6 faiz az) bostan məhsulları, 1261,3 min ton (0,7 faiz çox) meyvə və giləmeyvə, 224,5 min ton (5,6 faiz çox) üzüm, 1,1 min ton (12,3 faiz çox) yaşıl çay yarpağı, 29,3 min ton (0,2 faiz az) günəbaxan, 219,8 min ton (1,3 faiz az) şəkər çuğunduru, 6,3 min ton (24,9 faiz çox) tütün və 276,1 min ton (14,4 faiz az) pambıq yığılıb.
M.Məmmədov deyir ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdən maksimum həcmdə məhsul götürməyə, regionun kənd təsərrüfatı potensialından daha effektiv istifadə etməyə fokuslanıb: “Qarabağın ərazisi ciddi araşdırılmalıdır. Bunun üçün nazirliyin institutları araşdırmalara cəlb edilib. İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi olan bölgələr var. Minatəmizləmə Agentliyindən (ANAMA) siyahılar daxil olduqca əkin əraziləri müəyyən ediləcək”.
Bundan başqa, nazirin sözlərinə görə, hazırda həmin ərazilərdə su mənbələri müəyyən edilir: “Su ilə təmin edilə biləcək ərazilərə əkin planlanması həyata keçirilə bilər. Gücü daha çox ərzaq təhlükəsizliyinin təmin edilməsinə, fermerlərin gəlirlərinin artmasına, eyni zamanda daha dəyərli məhsulların istehsalına verəcəyik. Dəyər zəncirinə baxsaq daha çox meyvə və tərəvəz istiqamətlidir. Bu, bütün Azərbaycan üçün nəzərdə tutulur”.
M.Məmmədov bildirir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində mövcud olan təqribən 350 min hektar örüş-otlaq sahələri, əlverişli təbii şərait burada heyvandarlığın inkişafı üçün də geniş imkanlar yaradır: “İlkin hesablamalar göstərir ki, bu ərazilərdə iribuynuzlu heyvanların sayının təqribən 430 min başa, xırdabuynuzlu heyvanların sayının isə 1,6 milyon başa çatdırılması mümkündür. Bunun hesabına bölgədə təqribən 45 min ton ət və 240 min ton süd istehsalı proqnozlaşdırılır ki, bu da idxalın əvəzedilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ətlik və südlük istiqamətli heyvandarlıqla yanaşı, bölgədə tarixən mövcud olan baramaçılıq və arıçılıq ənənələrinin, həmçinin atçılığın bərpası da diqqət mərkəzindədir. Aparılmış qiymətləndirmələrə görə, regionda kənd təsərrüfatı istehsalının bərpası hesabına ölkə üzrə ümumi kənd təsərrüfatı məhsullarının istehsalı 8-10 faizdən çox artacaq”.
Aqrar sahənin inkişafında mühüm rolu olan sığorta mexanizminin əhatə dairəsinin genişlənmə sürəti qənaətbəxş hesab oluna bilər. KTN-dən açıqlanan məlumata görə, 2023-cü ildə Azərbaycanda sığortalanmış əkinlərin sahəsi 380 476 hektar olub ki, bu da 2022-ci illə müqayisədə 43 faiz çoxdur. Ötən il bitkiçilik sahəsindən toplanmış sığorta haqlarının məbləği 13 milyon manat təşkil edərək əvvəlki ilin göstəricisini 4,2 milyon manat və yaxud 48 faiz üstələyib. Nəticədə fondun bitkiçilik üzrə qarşıladığı sığorta təminatı yarım milyard manatı keçərək 506 milyon manata yüksəlib.
2023-cü ildə aqrar sığorta mexanizmi vasitəsilə 6 500 baş iribuynuzlu, 1300 baş xırdabuynuzlu olmaqla ümumilikdə 7 800 baş kənd təsərrüfatı heyvanı sığorta edilib, 3,9 milyon manat sığorta haqqı toplanıb. Heyvanların sığortası üzrə sığorta təminatının məbləği 36 milyon manat təşkil edib. 2023-cü ildə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 910 min manat sığorta ödənişi edilib.
Aqrar sığorta vasitəsilə əkin sahələri, kənd təsərrüfatı heyvanları və balıqçılıq təsərrüfatları sığorta edilir. Bitkiçilik sığortasına taxıl və tarla bitkiləri, meyvə bağları, texniki bitkilər, tərəvəz və bostan bitkiləri, heyvanların sığortasına isə iri və xırda buynuzlu heyvanlar - inək, camış, qoyun və keçi təsərrüfatları daxildir.
Dünya SAKİT,
“Yeni Müsavat”
Xəbərin oxunma sayı : 499
Sosial
Xəbərlər
-
Suraxanıda gecə tikinti xaosu - “Ballı“ Marketin sahibi daha bir qanunsuz artırma aparır
-
CNN, MSNOW və “Politico” Ağ Evi məhkəməyə verdi - Trampın qərarına görə
-
“AzerGold”a yeni sədr müavini təyin olundu - O, kimdir?
-
“Private Facility Management“ və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə
-
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
ABŞ-dan İrana qarşı sərt qərar: Aviaşirkətləri bloklanacaq
-
Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi - VİDEO
-
Bu şəxslər üçün viza prosedurları sadələşdirilir – Sərəncam
-
Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi
-
İcra başçısı müavinini işdən çıxardı - DSK-ya sədr təyin edildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
AYNA-nın tədbirində monitor qadının üstünə belə aşıb – Video
-
“Şəki yaylası” faciəsindən sonra inanılmaz olay - Ucalın atası elə şeylər yazdı ki…
-
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı - FOTO
-
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
-
Sumqayıtda bu yollar təmir olunacaq - 1,5 milyon manat ayrıldı
-
Eks-deputatın oğlu fəhlələrə növbəti dəfə vəd verdi - işlədib, əmək haqlarını kəsir
-
Ağdam RİH subartezian quyularının təmirini bu şirkətə tapşırdı - 50 manat kapitalı var
-
“Bu səhv tariximizi alt-üst edib” – Həsən Həsənov
-
Hüquq mərkəzinin rəhbərinə ölkədən çıxış qadağası qoyuldu - Vergi borcu
-
Moskvanın yeni qış taktikası: Ukrayna energetikasına kütləvi zərbələr hazırlanır
-
Parlamentdə dilə gələn kəlbəcərli deputat: ““ChatGPT” çox yaxşı şeydir“
-
“Kredit borcunuzu silirik” - Vətəndaşlara xəbərdarlıq
-
Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib
-
Məktəblərdə fond pulu yığılır: Valideynlər ödəməyə məcburdurmu?
-
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTO
-
Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)
-
Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi? - Araşdırma
-
Pensiyalar nə vaxt ödəniləcək? - Tarix açıqlandı
-
Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər
-
Si Cinpin ABŞ-a üçgünlük səfər edəcək - Tramp dəvət edib
-
Məhkəmə İman Quliyevin 11 milyon manat borcu yığılan şirkətini cərimələdi - DETALLAR
-
“İki aydır Emin Əmrullayevə zəng edirəm, tapa bilmirəm” – Deputat
-
Nazirin yüksək vəzifə verdiyi Aysel İbayeva kimdir? - FOTO
-
Deputat tıxaca görə iclasa gecikdi: “Dözülməz həddə çatıb”
-
269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir - VİDEO
-
Azərbaycanda kommersiya bankları birləşməyə məcbur edilir? - Açıqlama
-
Bakıda xeyriyyə adı altında dələduzluq: 70 yaşlı qadın saxlanıldı
-
Xəzərdə batanlar Aviasiya Akademiyasının tələbələri imiş... – Video
-
“ABŞ husilərlə daimi əlaqə saxlayır“ - Donald Tramp
-
FHN ötən həftə 62 nəfəri xilas edib - 20-si azyaşlıdır - Video
-
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
-
“Kahı“ və “kərəviz“ yükündə 79 kq narkotik vasitə aşkarlandı - FOTO
-
Bakıda qəzalı evlərdə yaşam mübarizəsi: “Gəlirlər, ölçüb-biçib gedirlər“ (VİDEO)
-
Dövlət Suverenliyi Günü – Dövlətçiliyimizin qürur tarixidir
-
Tam suverenlik və bərpa edilmiş ərazi bütövlüyü ölkəmizi sürətli inkişaf yoluna çıxardı
-
20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
Zəfər tariximizin şanlı səhifəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə
-
Bakının bu kəndində yol bağlanır - Sürücülərə xəbərdarlıq
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı - FOTO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Bakıda restoran 17 saat fasiləsiz işləmiş tələbənin maaşını vermir? - VİDEO
-
“Formula -1 Azərbaycan” qran-prisinə görə bəzi parklanma yerləri bağlandı - VİDEO
-
Azərbaycanda qədim dövrlərə aid qurğular aşkarlandı - FOTO
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəbi bu ola bilər
-
Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz - Bu halda
-
Xankəndi, Xocalı, Xocavənd, Ağdərə Azərbaycanın dövlətçilik tarixində yeni inkişaf mərhələsinin...
-
Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı - Yeni siyahı
-
Pezeşkian Nyu-Yorka gedir - ABŞ-dan qəribə qadağa
-
Magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir - Xəbərdarlıq
-
Türkiyə dönərə “qadağa” qoydu - Azərbaycanda vəziyyət necədir?
-
Husilər Səudiyyəyə hücumu genişləndirir - Məkkə ilə Mədinə gündəmdə
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: “Mənə heç nə edə bilməzsiniz“
-
Xocavənd rayonunda nə qədər insan yaşayır? - Açıqlama
-
Putindən sonra Rusiyanı kim idarə edəcək? - 7 namizəd
-
Keçmiş baş nazirdən şok iddia: “20 milyon əhalimiz qalıb!“
-
“Asiyada əvvəlki Amerika nizamı çöküb, yeni regional nizam yaratmaq lazımdır” - Qalibaf
-
20 sentyabr həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də milli birliyimizin və ərazi bütövlüyümüzün əbədi rəmzidir
-
Matviyenko ona məğlub oldu - Gizli yazışmalar üzə çıxdı
-
F-35-lərə aid məxfi texnologiya oğurlanıb? - Araşdırma başlayıb
-
Bir neçə gün əvvəl itkin düşmüşdü - Meyiti quyudan tapıldı
-
Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı (VİDEO)
-
Hansı ölkədə alınan mənzilin pulunu neçə ilə “çıxarmaq” olur? - Siyahı
-
20 Sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü tariximizin şanlı səhifələrindəndir
-
Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?
-
Almaniyada iki əyalətdə seçki keçirilir - Mertsin gələcəyi təhlükədə
-
Millidən kənarda qalan qapıçı “od püskürdü“ - “Bu, onunla əlaqəli söhbət deyil“
-
İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB
-
Bakıya yağış, rayonlara dolu - Sabahın havası
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN (VİDEO)
-
Si Cinpinlə bağlı müəmmalı məqam: BRICS şam yeməyinə son anda qatılmadı
-
Zəfər tariximizin şanlı səhifəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə
-
PSJ rəhbəri ilə bağlı Parisdə araşdırma başladı - Səbəb nədir?
-
İran ilə ABŞ arasında danışıqlar davam edir - Əraqçi
-
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
-
Suverenlik günü dövlətçiliyimizin şərəfli tarixini əks etdirən fəxri rəmzdir
-
Ceyhun Bayramov Nyu Yorka getdi - Baş Assambleyanın 81-ci sessiyasında iştirak edəcək
-
Trampın iqamətgahı üzərində həyəcanlı anlar: “F-16“ qırıcısı mülki təyyarəni ələ keçirdi
-
“Əsrin müqaviləsi“nin imzalanmasından 32 il ötdü
-
Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
-
Prezident Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VİDEO
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu bu imiş - Açıqlama
-
Mehriban Əliyeva Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO
-
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...
-
Putin gizli səfərbərliyə hazırlaşır - Avropa liderləri
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
Ər-Riyad hücuma məruz qaldı: Şəhəri qara tüstü dumanı bürüdü
-
“Hörmüzdən 1 milyard barreldən çox neft daşınıb” - VİDEO
-
Yamal Mbappe və Keynə söz atdı - Dünya futbolunda “Qızıl top” savaşı
-
Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır
-
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
-
“Vardanyan və Harutyunyanla bağlı iddialar həqiqəti əks etdirmir” – Ombudsman
-
ABŞ və Danimarka razılığa gəldi - Qrenlandiya ilə bağlı
-
Bu şəxslərə orden və medallar verildi - SİYAHI
-
TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
TDT-nin təsirli beynəlxalq faktora çevrilməsi xalqlarımızın ortaq marağına xidmət edir
-
Sevda çimərlik geyimində görüntülərini paylaşdı - VİDEO
-
Bəhlul Mustafazadə komandaya nə vaxt qoşulacaq? - Qurbanov açıqladı
-
Yeni dərs ili başlayan kimi əmək müqaviləsinə xitam verildi - VİDEO
-
Formula 1 zamanı şəhərin mərkəzindəki bu yollar açıq olacaq - SİYAHI
-
“Bank Respublika”nın satın aldığı bankın problemli kreditləri çox imiş - Elman Rüstəmovun bundan xəbəri var?
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Təhlükəsizlik və sabitlik türk dünyasının inkişafının əsas şərtidir
-
Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək - VİDEO
-
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
“Eşitdiklərimdən şoka düşdüm“ - Seyfəddin Dəmirliyə qarşı dələduzluq edənin İŞİ
-
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
-
99-RU-777 nömrəli “Range Rover” müsadirə olunub yarı qiymətə satışa çıxarılıb - Alan yoxdur
TOP 10
ARXİV






