“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

ARB-nin “Biz azərbaycanlıyıq“ adlı sosial çarxı müsabiqədə qalib oldu - VİDEO

Tarix 15.10.24, 15:22

Font ölçüsü : - / +
bitmap-img6


Müəllifi Sevinc Çılğın, rejissoru İlham Yaşaroğlu olan layihə Azərbaycanın əksər bölgələrini əhatə edib

ARB telekanalının "Anons” şöbəsinin "Biz azərbaycanlıyıq” adlı sosial çarxı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən elan olunan müsabiqədə qalib olub. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, vətənpərvərlik ruhunda hazırlanan çarxın çəkilişləri Azərbaycanın demək olar ki, bütün bölgələrində həyata keçirilib. Həmçinin tarixi gerçəklikləri özündə əks etdirən arxiv kadrlarından, müasir və şanlı tariximizi özündə əks etdirən görüntülərdən istifadə olunub. 

Ətraflı
Video-çarx ölkəmizin tarixini, təbiətini, xalqımızın mədəniyyətini, multikultural dəyərlərimizi, qazandığımız zəfəri, milli duyğuları, azərbaycançılıq məfkurəsini özündə ehtiva edir. Diqqət çəkən digər mühim detalsa, çarxda çəkilən insanların aktyorlar yox, müxtəlif təbəqə və peşə sahibi olan insanlar olmasıdır.
 
Müəllifi və rəhbəri Sevinc Çılğın, rejissoru İlham Yaşaroğlu olan layihənin hazırlanmasında onlarla insanın əməyi var. 

Layihə dövlət sifarişi əsasında Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın dəstəyilə çəkilib. 





Xəbərin oxunma sayı : 748




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap