Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Astarada namus üstündə qətl törədildi - TƏFƏRRÜATLAR

Tarix 30.06.24, 11:14

Font ölçüsü : - / +
bitmap-img6


Astarada baş verən güllələnmə hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

AzFakt.com xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Bəşir İsrafilovun qardaşı Fazil İsrafilov APA-ya bildirib ki, qardaşı və həmkəndliləri Namik Əhədov arasında yaranan mübahisə namus üstündə baş verib.

Belə ki, təqribən 7 ay bundan əvvəl Namik Əhədov, Bəşir İsrafilovun xanımına qarşı əxlaqsız hərəkətlər edib və bunu videoya çəkərək Bəşirə göstərib. Bu hal bir neçə dəfə təkrarlanıb. Bəşir, Namikin onun xanımına etdiyi hərəkətlərə görə polisə də müraciət edib.

Sonra Bəşir yoldaşından ayrılıb, başqası ilə ailə həyatı qurub. Bir neçə gün bundan əvvəl yenə də onların arasında mübahisə yaranıb. Buna dözməyən Bəşir, atalarından yadigar qalan ov tüfəngini götürüb Namiki qətlə yetirib, sonra da həmin ov tüfəngi ilə üz nahiyəsinə atəş açaraq, özünü də öldürmək istəyib.

Hazırda faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



Xəbərin oxunma sayı : 1231




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap