Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO Röya da aktrisalıq edəcək - VİDEO Səmarının Dubay tətili - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 25 İyun 2022

    Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO

  • / Maqazin / — 18 İyun 2022

    Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 13 İyun 2022

    Röya da aktrisalıq edəcək - VİDEO

  • / Maqazin / — 12 İyun 2022

    Səmarının Dubay tətili - FOTOLAR

  • / Maqazin / — 04 İyun 2022

    Aygün Kazımova dərin sinə dekoltəsi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 22 May 2022

    Röya dərin yarıqlı geyimi ilə göz qamaşdırdı - FOTO

Avropa İttifaqı -Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir

Tarix 22.05.22, 15:50

Font ölçüsü : - / +
bitmap-img6


Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Ölkə başçısı ənab İlham Əliyevin nın prioritet hesab etdiyi sahələrdəndir. Mayın 18-də Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva V Qlobal Bakı Forumunun keçirilməsi bir daha sübut edir ki, bu gün Azərbaycan ilə Avrasiya bölgəsinin mühüm birliklərindən biri olan Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir.

Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi Forumda 56 ölkədən 300 nəfərədək nümayəndə iştirak edib. Prezidenti İlham Əliyev forumda çıxışı zamanı bildirib: «Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Aramızda imzalanmış
Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir».

Forumda ölkə başçısı Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti haqqında müzakirələr etmişdi. Qeyd edilib ki, uzun illər aparılan nəticəsiz danışıqlardan sonra Azərbaycan ərazi bütövlüyünü hərbi-
siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini özü icra etməli oldu. Nəhayət, döyüş meydanında və danışıqlar masasında Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bildirilib ki, Forumda yeni saziş üzrə danışıqların yekunlaşdırılması perspektivlərini, enerji, nəqliyyat təhlükəsizliyi məsələlərini, ticarət münasibətləri müzakirə edilib. Avropa İttifaqı Azərbaycanın
əsas ticarət tərəfdaşıdır. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, bu il ölkəmizin Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcmi artmaqdadır. İndiyə kimi Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar
imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanın ixrac potensialı artır. Bu il ixrac 85 faiz, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Bu da öz növbəsində ölkəmizin dayanıqlı inkişafını göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu gücləndirən mexanizm qismində çıxış etməkdədir.

İlqar Cəfərzadə



Xəbərin oxunma sayı : 760

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap