“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Avtomobillərin baqajlarını yoxlamaq qanunidir? - VİDEO

Tarix 12.08.22, 15:35

Font ölçüsü : - / +
bitmap-img6


“Bəzi obyektlərin qarajlarında və dayanacaqlarda avtomobillərin baqajları yoxlanılır. Əksər vaxtlarda bunun təhlükəsizlik məqsədilə edildiyi deyilir. Lakin, qanun şəxsin razılığı olmadan onun mülkiyyətinə baxış keçirilməsinə icazə vermir”.

AzFakt.com Baku tv-yə istinadən xəbər verir ki, məsələyə hüquqşünas Emil Aslanov aydınlıq gətirib.
O, bildirib ki, şəxsin özəl mülkiyyəti toxunulmazdır, onun icazəsi olmadan avtomobilinin hansısa hissəsinə baxış keçirilə bilməz.
Bəs hansı hallarda avtomobil saxlanılaraq ona baxış keçirilə bilər, bu proses qanunla necə tənzimlənir?
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev məsələnin qanunla necə tənzimləndiyini belə izah edib:
“Əgər nəqliyyat vasitəsi barəsində axtarış elan olunubsa və ya İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçirmək üçün əsaslar olduqda, eləcə də, saxlanılmış nəqliyyat vasitəsində hər hansı bir qanunsuz yüklərin daşınmasına dair şübhələr varsa, bu halda Yol Patrul Xidməti əməkdaşları tərəfindən avtomobilə baxış keçirilə bilər.
Eyni zamanda, Yol Patrul Xidməti haqqında təlimata uyğun olaraq əməliyyat-profilaktik tədbirlərin keçirilməsi zamanı stasionar postlarda dayandırılmış nəqliyyat vasitələrinə baxış keçirilmsi şəxslərin, nəqliyyat vasitələrinin qeydiyyat və sürücülük sənədlərinin yoxlanılması həyata keçirilə bilər”.

<iframe width="660" height="431" src="https://www.youtube.com/embed/Y_rh1c0Aa9A" title="Maşın baqajı yoxlamaq qanunidir ? - BAKU TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>





Xəbərin oxunma sayı : 829




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap