“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azadlığa buraxılan Əfqanıstan vətəndaşı: “Bakıda qalıb, burada yaşamaq istəyirəm“

Tarix 26.05.24, 13:02

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb

Əfv olunan şəxslər arasında 16 saylı cəzaçəkmə müəssəsində məhkumluqda olan Əfqanıstan vətəndaşı Həbibi Muytullah da var. Azərbaycan dilində çox yaxşı danışan Həbibi Muytullah əfv olunduğuna görə Azərbaycan Prezudentinə təşəkkür edib:

"1 il 6 ay cəza müddətim var idi. Astara rayonunda sərhəd pozuntusuna görə saxlanılmışdım. Biz üç nəfər idik. Digər bir nəfər artıq azadlığa buraxılıb, digərinin isə tezliklə azadlığa çıxmasını arzulayıram. Mənim isə cəzamın 1 ili tamam olmuşdu. Şükürlər olsun ki, bu gün azadlıqdayam".

O, bildirib ki, bundan sonra Azərbaycanda yaşamaq və ölkəmizin vətəndaşı olmaq istəyir: 

"Azərbaycan dilini həbsxanadakı məhbuslardan öyrənmişəm. Əgər mənə burada vətəndaşlıq verilsə, həmişəlik Bakıda qalıb, burada yaşamaq istəyirəm".

Xatırladaq ki, məhbusların cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən üç nəfər azadlığa buraxılıb. Onların hər üçü əcnəbidir. İki nəfər Əfqanıstan, bir nəfər isə Rusiya vətəndaşıdır. Sərəncama əsasən, ümumilikdə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ümumilikdə sərəncamla əfv olunanlar sırasında səkkiz nəfər əcnəbi vətəndaş var.//musavat.com



Xəbərin oxunma sayı : 505




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap