“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycan polisi Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücüləri saxladı - FOTO/VİDEO

Tarix 15.09.21, 18:22

Font ölçüsü : - / +
bitmap-img6


Xankəndiyə yük daşıyan iki iranlı sürücü Azərbaycan polisi tərəfindən Gorus-Qafan yolundakı postda saxlanılıb. Bu barədə erməni mətbuatı məlumat yayıb. 

Məlumata görə, onlara bildirilib ki, Azərbaycan ərazisinə qanunsuz yük daşımaq qadağandır.

“Azad İran” kanalının verdiyi məlumata görə, sürücülərə İran tərəfi ilə danışmaq imkanı yaradılıb.

Məsələ barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, həmin sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar: “Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Azərbaycanın aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılıblar”.

O qeyd edib ki, həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək. (oxu.az)







Xəbərin oxunma sayı : 772




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap