![]() |
|














Azərbaycan və Qazaxıstan arasında humanitar sahələrdəki əməkdaşlıq genişlənir
Tarix 21.10.25, 7:00 |
|

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır.
Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.
Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
İki ölkənin dövlət başçılarının sıx münasibətləri ölkələr arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.
Növbəti belə yüksəksəviyyəli səfər oktyabrın 20-21-də baş tutub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev Astanaya rəsmi dövlət səfərinə gəlib. Səfər ərəfəsində Prezident İlham Əliyev "Kazinform"a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib.
Qeyd edilib ki, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində iki xalq arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub.
Ölkə başçısı öz müsahibəsində iki ölkə arasında humanitar sahədə əlaqələrin genişlənməsində yer ayırıb. Qeyd edilib ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib. Hazırda bu Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır. Prezident İlham Əliyev Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana öz minnətdarlığını bildirib.
Qeyd edilməlidir ki, iki ölkənin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstanda Ulu Öndərin adını daşıyan küçənin olmasıdır. Belə ki, paytaxt Astananın mərkəzi küçələrindən biri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır.
Xatırladaq ki, Qazaxıstan Respublikası Hökuməti yanında Onomastik Komissiyanın ötən il yanvarın 17-də keçirilən iclasında Astana şəhərinin Yesil rayonunda yerləşən küçələrdən birinə Ümummilli Lider Heydər Əliyevin adının verilməsi barədə yekun qərar qəbul olunub. Sözügedən küçə Astana şəhərinin yeni salınmış, müasir bina, ticarət mərkəzi, konqres mərkəzi, mehmanxanaların və digər ictimai-iaşə obyektlərinin yerləşdiyi ərazidədir. Küçənin başında botanika bağı yerləşir. 2023-cü il aprelin 10-da hər iki ölkə prezidentinin - İlham Əliyevin və Kasım-Jomart Tokayevin iştirakı ilə Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib.
Bundan əlavə, Lev Qumilyov adına Avrasiya Milli Universitetindəki Heydər Əliyev adına auditoriya Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən yenidən qurulub, son texnoloji avadanlıqlarla təchiz olunub.
Prezident İlham Əliyevin müsahibəsində bildirdiyi kimi: "2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir.
Qazax ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ən görkəmli simalardan biri Kemel Tokayevin "Gecə açılan atəş" adlı povestlər toplusunun Azərbaycan dilində nəşrini məmnunluqla qeyd etmək istərdim.
Həmçinin 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib".
Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.
İbrahim Kərimov
Xəbərin oxunma sayı : 181
Sosial
Xəbərlər
-
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək - Sabahın havası
-
“Space TV”yə xəbərdarlıq olundu - Efirdə qohum evliliyi göstərilib
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Nazir müavininin “sürücüsünə“ hökm oxundu - O, İdris İsayevin adından necə istifadə edilib?
-
Sahibə Qafarova Alen Simonyanla görüşdü - Fotolar
-
Ramiz Mehdiyevin cinayət işi üzrə - Yeni detallar məlum oldu
-
Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb - İlham Əliyev
-
Taksi sürücüləri üçün olan imtahanla bağlı hansı dəyişikliklər olacaq? - Açıqlama
-
Yaponiya tarixində ilk - Qadın baş nazir oldu
-
Astanada “Orta Dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib - FOTO
-
“Qızımın çoxlu qızılları və şəxsi əşyaları oğurlanıb“ - İsa Həbibbəyli
-
Maşın skuter idarə edən şəxsi vurdu - VİDEO
-
Prezidentlər təkbətək görüşdü - FOTOLAR
-
Təkər emalı zavodunun fəaliyyəti dayandırıldı - VİDEO
-
Büdcənin pensiya yükü artır, gəlir xərci bağlamır - “Hökumətin 2 yolu var...”
-
Prezident İlham Əliyev Astanada belə qarşılandı - VİDEO
-
Avropa İttifaqı Ukrayna ilə bağlı xüsusi tribunal yaradır – 26 ölkə öhdəlik götürüb
-
İcra başçısından şikayət: 3 ildir vətəndaşların pulunu vermir (VİDEO)
-
Ən bahalı heyətə malik futbol klubları - SİYAHI
-
Tikintidə istifadə olunan bu materiallar insan sağlamlığı üçün zərərlidir - VİDEO
-
Bayıl qəsəbəsində yerləşən poliklinikada rentgen aparatı işləmir - VİDEO
-
ABŞ-ın maliyyə naziri: G7-dən Rusiyaya təzyiqi artırmasını gözləyirik
-
Evlərə qaz sayğacı quraşdırmaq adı ilə külli miqdarda pul mənimsənilib - VİDEO
-
Təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə salan dabaq xəstəliyi - Ət bazarlarında son vəziyyət
-
Azərbaycan və Qazaxıstan arasında humanitar sahələrdəki əməkdaşlıq genişlənir
-
Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslər uğurla inkişaf edir
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“10 nömrəli formanı geyinmək hər uşağın arzusudur” - Kenan Yıldız
-
Hacıqabul rayonunda erkən nikahın qarşısı alınıb - VİDEO
-
Dabaq xəstəliyi süd məshulları bazarına təsir edib - VİDEO
-
“Azərbaycana qayıtmaq niyyətim yoxdur“ - Rəsul Quliyev
-
Xələf Xələfov Tehranda - İran rəsmiləri ilə görüş olub + FOTO
-
Bakıda məktəbliyə qeyri-etik davranan taksi sürücüsü saxlanıldı - FOTO
-
Azərbaycanlılara verilən işgəncələr elan edildi - Arayik və dəstəsinin məhkəməsi
-
İlqar Mustafayevin məhkəmə işi: Nə qədər pul mənimsəyib?
-
Sabah güclü külək əsəcək -XƏBƏRDARLIQ
-
Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər
-
“Zənn elə ki, nüvə sənayemizi məhv etmisən“ - Xamənei Trampa
-
Şəhər əhalisi azalıb, kənd sakinləri artıb - Rəqəmlər
-
5 ildə 76 milyonluq tender: Nazirliyin “sevimli şirkəti“ “Element YT“ kimindir?
-
Heyvan bazarları bu tarixdən müvəqqəti bağlanır - AQTA-dan AÇIQLAMA
-
Qarşılıqlı hörmət və strateji tərəfdaşlıq
-
Bakıda oğurluq edən iki nəfər saxlanıldı - Biri 66 yaşlı qadındır
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“Appro Hospital“da əməliyyat faciəsi - Pasiyent reanimasiya şöbəsində unuduldu
-
“İsrail Qəzzaya 153 ton bomba atıb“ - Netanyahyu
-
Bu malların idxalına qadağa qoyuldu - Sahibkarların nəzərinə!
-
Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıldı - FOTO
-
Eldar Əzizov binanın bütün mərtəbəsini Mehdiyevə HƏDİYYƏ EDİB
-
Bu müəllimlərə maaşdan əlavə pul veriləcək - ADLAR
-
“Siz kimsiniz ki...?“ - Xameneidən Trampa sərt cavab
-
İlham Haqverdiyev kimlərdən rüşvət almaqda ittiham olunur? - TƏFƏRRÜAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Trampın iddiası yalan çıxdı - Hindistana neft ixracı davam edir
-
Prezident İlham Əliyevin Qazaxıstana səfəri başladı - FOTOLAR
-
Nazir müavini vəzifədən azad olunub - Xəyalə Dadaşova yola salındı
-
Ziya Məmmədovun qardaşı: “Məni istintaqa cəlb etməyiblər“
-
Azərbaycan-Qazaxıstan münasibətləri dostluq və qardaşlıq prinsiplərinə, zəngin tarixi ənənəyə söykənir
-
Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunda olub - FOTO
-
Şəkidə Universitet yaradılacaq - Rəsmi müraciət edilib
-
Mehdiyevin kürəkəni “obyektlərindən” pulları özü toplayır - Fotosu yayıldı
-
“Biz müharibənin mümkün sonuna yaxınlaşmışıq“ - Zelenski
-
Nazirlə direktor “Kaspi“ni 36 milyon manata alıblar? - Ekspertdən iddia
-
“İsrailə qarşı sanksiyalar nəzərdən keçirilə bilər“ - Kallas
-
Bakıda baş verən qəzaların yarıdan çoxu piyadavurmadır - RƏSMİ
-
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb - Ayağı amputasiya edilib
-
Məndən 400 min manat, 2 mənzil istədilər - Azər Maqsudov
-
“Barselona“ Avropa Superliqasından çıxdığını açıqladı - RƏSMİ
-
Xaricdə təhsil almış daha 108 nəfərin diplomu tanınmadı - Səbəb + AÇIQLAMA
-
SOCAR-da dəyişiklik gözlənilir - Fərhan Əliyev vitse-prezident olacaq?
-
Hansı bankda nə qədər depozit yerləşdirilib? - ABB-də kəskin azalma var
-
Eldar Mahmudovun vəkilindən yayılan xəbərə reaksiya: “O, dindirilsə...“
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Generaldan sonra polkovnik də azadlığa çıxdı - Ağır cinayətlərdə təqsirli bilinmişdi
-
Türkiyənin ən zəngin şəxsi dəyişdi - Siyahıya Hamdi Ulukayaya başçılıq edir
-
Bir qrup müəllimə maaşdan əlavə pul veriləcək - SİYAHI
-
Mehdiyevlər ailəsindəki polkovnik Levon kimdir? - Yüksək vəzifədə işləyib
-
Avtomobilini kasko sığorta etdirən şəxs aylardır ödənişi ala bilmir - VİDEO
-
“ŞKTR Türkiyənin tərkibinə daxil edilməlidir” - Baxçalı
-
“Mağazalara girmək mümkün deyil“ - Qubanın mərkəzi prospekti bərbad vəziyyətdə
-
Rusiya və Ukrayna mövcud təmas xəttində dayanmalıdır - Tramp
-
Sosial şəbəkələrdə növbəti “kredit“ dələduzluğu - VİDEO
-
Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?
-
Bölgələrdə heyvan bazarları bağlandı - Ət bahalaşacaq? - VİDEO
-
Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi
-
Bu gün Zəngilanda da Azərbaycan bayrağı qürurla dalğalanır
-
Prezident Zəngilanın azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO
-
Zəngilanın azad edilməsindən 5 il ötür - Bu gün Zəngilan Şəhər Günüdür
-
Türkyəli məşhurların reklam qiymətləri dodaq uçuqlatdı - SİYAHI
-
Messi qərarını qətiləşdirdi - “İnter Mayami“də qalacaq
-
Bakıda qurdların sakinlərə “hücum”u davam edir - VİDEO
-
Narla bananı birgə yeməyin: Görün hansı fəsadlar törədir
-
Şimali Kiprdə seçkilər: Müxalif namizəd qalib gəldi
-
Vəfat edən şəxsin krediti hansı halda silinə bilər? - VİDEO
-
“Məndə Ramiz Mehdiyevin nə cib telefonu, nə ev telefonu var” - Eks-nazir
-
Qərb bölgəsində dabaq xəstəliyi sürətlə yayılır: Fermerlər zərər içində
-
Almaniya Gürcüstandakı səfirini geri çağırdı - Diplomatik gərginlik
-
“Böyük qayıdış“ Zəngilandan başlanib
-
Xaçmazda 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Şübhəli təslim oldu
-
“Ukrayna öz ərazilərini Rusiyaya vermək niyyətində deyil“ - Zelenski
-
Nikola Sarkozi cəzasını təcridxanada çəkəcək - Təkadamlıq kamerada
-
Azyaşlılar arasında cinayətlər niyə artıb? - Aqressiv oyun və filmlərlə bağlı həyacan təbili
-
Dünyada çörəyin ən baha və ən ucuz satıldığı ölkələr - Siyahı
-
Zəngilan mühüm nəqliyyat qovşağıdır
-
“Honours Academy”da tələbələr necə aldadılır? - Əlavə ödənişlər
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Üç günün hava proqnozu açıqlandı - Əhaliyə xəbərdarlıq edildi
-
Azərbaycanda banklar faizlərdən nə qədər pul qazanıblar? - Tam siyahı
-
Netanyahu orduya göstəriş verdi - “Qəti addımlar atılsın”
-
Sahibə Qafarova Simonyanla görüşəcək - Cenevrədə
-
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Xameneinin müşavirinin qızının toyu yenidən gündəmdə - VİDEO
-
Qurban Qurbanov “Qarabağ“dan gedəcək? - VİDEO
-
Fəzail Ağamalının Mehdiyevə məktubu üzə çıxdı: “Şərəfli işinizdə…”
-
Pakistan və Əfqanıstan nümayəndə heyətləri yenidən görüşəcəklər - Bu dəfə Türkiyədə
-
Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI
-
Bakıda mövcud olan binaların ömrü nə qədərdir? - Nəzarət gücləndirilir
-
Zubir Premyer Liqada 50-ci qolunu vurdu - SİYAHI
-
Yağış yağacaq, dolu düşəcək... - Sabahın havası
-
Qəzza zolağında atəşkəs pozuldu - HƏMAS və İsrail arasında atışma başlayıb
TOP 10
ARXİV