Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycanda “Meymun çiçəyi” virusuna yoluxan var? - Açıqlama

Tarix 20.05.22, 15:21

Font ölçüsü : - / +
bitmap-img6


Səhiyyə Nazirliyi son vaxtlar kütləvi şəkildə yayılan “Meymun çiçəyi” virusunun Azərbaycan üçün təhlükəsi olub-olmaması məsələsinə münasibət bildirib.

AzFakt.com-un xəbərinə görə, nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova “Report”a bildirib ki, hazırda həmin virus Azərbaycanda yoxdur və olmaması üçün də yetərincə tədbirlər həyata keçirilir.

O qeyd edib ki, “Meymun çiçəyi” nadir virusdur və suçiçəyi xəstəliyinə bənzəyir:

“Virusa adətən Qərbi Afrika ölkələrində, xüsusilə də tropik meşələrin yaxınlığında rast gəlinir. Virusun iki əsas ştammı var: Qərbi Afrika və Mərkəzi Afrika. Simptomlara gəlincə, virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və zəiflik kimi büruzə verir. Qızdırma azaldıqdan sonra üzdə başlayan səpgilər bədənin digər hissələrinə yayılır. Əksər hallarda ovuclara və ayaqlarda rast gəlinir və çox qaşıntılı olur. Həmin səpgilər yaraya çevrildiyindən bədəndə iz buraxa bilər. Ona görə də yaranın qaşınmaması və qoparılmaması məsləhətdir”.

Mütəxəssis vurğulayıb ki, virus başqa bir şəxslə yaxın təmas zamanı yayıla bilər:

“Həmçinin virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya ağızdan, eləcə də cinsi əlaqə zamanı birbaşa təmas yolu ilə də ötürülə bilər. Bundan başqa, yoluxan meymun, siçovul və dələdən də keçə bilir. Hətta yoluxan insanın geyimindən də digər şəxsə virus keçməsi mümkündür. Xəstəlik adətən yüngül keçir, bəzən 2-3 həftə ərzində öz-özlüyündə keçib gedə bilir. Ölüm halları da az sayda qeydə alınıb”.

L.Qalimova ölkə vətəndaşlara müraciət edərək bildirib ki, yuxarı qeyd olunan əlamətlər aşkar olunduğu təqdirdə dərhal həkimə gedilməlidir:

“Onu da qeyd edim ki, suçiçəyi xəstəliyinə qarşı istifadə olunan peyvəndin “Meymun çiçəyi”nə qarşı qorunmaq effektliyi sübut edilib”.



Xəbərin oxunma sayı : 796




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap