Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycanda Aİ-93, 95, 98 markalı benzin istehsal ediləcək - Açıqlama

Tarix 17.09.21, 10:07

Font ölçüsü : - / +
bitmap-img6


"2023-cü ildə Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzin istehsal ediləcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz üzrə ekspert İlham Şaban Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzin istehsalının mümkünlüyündən danışarkən deyib:

"Bu mümkündür. H. Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən modernizasiya işləri də məhz bu məqsədə xidmət edir. 2014-cü ilin aprel ayına qədər Azərbaycanda Aİ-95 markalı benzinin yerli istehsalı mövcud idi. Ancaq natural, yüksək oktanlı benzin deyildi. Çünki emal müəssisəsi yüksək oktanlı benzin istehsalına hesablanmamışdı. Sadəcə, Aİ-92 markalı benzinə kimyəvi aşkarlar qatmaqla onun oktan dərəcəsini artırırdılar. O isə müəyyən müddətdən sonra öz xüsusiyyətlərini itirirdi”. 


Həmsöhbətimiz bildirir ki, hazırda Neft Emalı Zavodunda 17 qurğu tamamilə yenidən tikilir: 

"Bu qurğular istismara verildikdən sonra əvvəl dizel yanacağı, sonda da yüksək oktanlı benzin, o cümlədən aşağı oktanlı Aİ-93 markalı benzin istehsal etmək mümkün olacaq. 2023-cü ildə isə Aİ-95 və Aİ-98 markalı benzin də istehsal ediləcək”. 





Xəbərin oxunma sayı : 346




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap