![]() |
|














Azərbaycanda bağlanan özəl universitetlər: Qalmaqallar, qətl və cinayət işləri - SİYAHI
Tarix 01.03.24, 22:19 |
|

Azərbaycanda fəaliyyət göstərən daha bir özəl universitet bağlanır. “Naxçıvan” Universiteti fəaliyyətinin dayandırlması üçün Elm və Təhsil Nazirliyinə müraciət edib. Universitetin təsisçiləri belə qərar veriblər.
Elm və təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında deyib ki, “Naxçıvan” Universitetində oxuyan 4-cü kurs tələbələri bu il məzun olacaqlar. Aşağı kurslarda təhsil alan tələbələr isə başqa universitetlərə köçürüləcəklər.
"Naxçıvan" Universiteti 1999-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlayıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağı idi. Burada 4 fakültə, 10 kafedra fəaliyyət göstərir. 1500-dək tələbə təhsil alır, 100-dək işçi çalışır.
2 fevral 2023-cü il tarixindən etibarən “Naxçıvan” Universitetinin rektoru Anar Kazımovdur.
Qeyd edək ki, "Naxçıvan" Universiteti Azərbaycanda bağlanan ilk özəl universitet deyil. Bundan əvvəl də ölkədə bir sıra özəl ali təhsil müəssisəsi müxtəlif səbəblərdən fəaliyyətini dayandırıb.
Rəsmi məlumata görə, 1993-1995-ci illərdə Azərbaycanda 40-dək qanunsuz özəl ali təhsil müəssisəsi fəaliyyət göstərib.
Modern.az saytı indiyə kimi bağlanmış özəl təhsil müəssisələrilə bağlı araşdırma aparıb. Siyahını diqqətinizə çatdırırıq.
“San Marino” universiteti - 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərində Mingəçevirdə fəaliyyət göstərib. O zaman bu özəl təhsil müəssisəsinin rəsmi adı belə yazılırdı: San Marino Beynəlxalq Elmlər Akademiyası Akademik Mərkəzinin Azərbaycan filialı. Bu özəl ali məktəb 1997-ci ildə Təhsil Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyası tərəfindən qeydə alınmışdı. Həmin dövlərdə ölkənin ən qalmaqallı təhsil müəssisəsi kimi ad çıxaran “San Marino” universiteti qanunsuz tələbə qəbulları həyata keçirmişdi. Bəzi məlumatlara görə, hətta ad-soyadını yaza bilməyənlər belə “San Marino” universitetinə qəbul edilir, onlara saxta tələbə bileti və diplomlar verilirdi.
Tədrisin təşkilindəki ciddi pozuntulara görə 2001-ci ildə San Marino Beynəlxalq Elmlər Akademiyasının Akademik Mərkəzinin Azərbaycan filialının fəaliyyəti dayandırıldı. Universitetin Göyçay və Bərdə filiallarının da işinə son verildi.
Müstəqil Azərbaycan Universiteti (MAU) - 1996–2006-cı illərdə Bakıda fəaliyyət göstərmiş bu özəl ali təhsil müəssisəsinin təsisçisi və rektoru hakim Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi təşkilatının sədri Abbas Mustafayev idi.
2006-cı ilin mayında Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv etdikdən sonra universitetin tələbələri digər ali məktəblərə köçürülmə tələbi ilə müxtəlif aksiyalar keçirmişdilər. O zaman məlum olmuşdu ki, MAU-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından kənar kütləvi şəkildə qəbul aparılıb. Bu qalmaqal bir neçə il davam etmiş, məsələyə müxtəlif məhkəmə instansiyalarında baxılmışdı. Tələbələr hətta aclıq aksiyasına belə əl atmışdılar.
MAU-nun təsisçisi Abbas Mustafayev 2015-ci ilin aprelində dünyasını dəyişib.
Azərbaycan Beynəlxalq Universiteti (ABU) – 1997–2010-cu illərdə fəaliyyət göstərmiş bu özəl ali məktəblə bağlı qalmaqallar da yəqin unudulmayıb. Universitetdə təhsil ödənişli əsaslarla idi, əyani və qiyabi şöbələri fəaliyyət göstərirdi.
ABU-nun təsisçisi və rektoru hüquq elmləri doktoru, professor Elşad Abdullayev idi. Elşad Abdulayevlə bağlı qalmaqallar da uzun müddət mətbuatın səhifələrini “bəzəyib”.
2010-cu il iyulunda ABU-nun lisenziya müddəti bitdiyi üçün onunla bağlı məsələyə yenidən baxılıb. Ali məktəbdə tədris prosesinin təşkili vəziyyətinin araşdırılması məqsədi ilə yaradılan ekspert qrupu ABU-da ciddi pozuntular aşkarlayıb. Hazırlanmış arayış Təhsil Nazirliyi Lisenziya Komissiyasının iclasında müzakirə olunub. Lisenziya Komissiyasının yekdil qərarı ilə qeyd olunan nöqsanlar nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən ABU-nun fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılmaması barədə qərar qəbul olunub.
2010-cu il sentyabrın 1-də o vaxtı təhsil naziri Misir Mərdanov Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı əmr imzalayıb.
ABU bağlanandan sonra onun rektoru Elşad Abdullayev barəsində açılan cinayət işləri ilə əlaqədar Azərbaycanı tərk edib və Fransaya qaçıb. Hazırda da orada yaşayır.
Bakıda Amerika Universiteti (BAU) - özündə təhsilin amerikan modelini təcəssüm etdirən ingilisdilli keçmiş qeyri-dövlət ali təhsil müəssisəsi idi.
Bakıda Amerika Universiteti (BAU) 17 yanvar 1995 - 19 avqust 2000-ci illərdə fəaliyyət göstərib.
2000-ci ildə təsisçilərin təklifi əsasında Ədliyyə Nazirliyinin qərarı ilə universitetin dövlət qeydiyyatı, onun əsasında isə Təhsil Nazirliyi tərəfindən verilən lisenziya ləğv edilib.
Azərbaycan İctimai-Siyasi Universiteti (AİSU) - bu özəl ali məktəb Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli sərəncamı ilə dövlət qeydiyyatından keçmişdi. Universitetinin fəaliyyətinə verilmiş 5 illik lisenziyanın müddəti 2013-cü ilin sonunda başa çatıb. Lisenziyanın müddətinin uzadılması ilə bağlı universitet tərəfindən təqdim edilmiş sənədlər diqqətlə araşdırılıb, habelə Təhsil Nazirliyinin əmri ilə yaradılmış ekspert qrupu ali məktəbin fəaliyyəti ilə yerində tanış olub.
Aparılmış araşdırma nəticəsində AİSU-da tədris prosesinin formal xarakter daşıdığı, elmi-pedaqoji heyətinin pozuntularla komplektləşdirildiyi və kafedraların mövcud qaydalara zidd təşkil olunduğu müəyyən edilib.
2014-cü ilin iyulunda Təhsil Nazirliyi İctimai-Siyasi Universitetə verilən lisenziya müddətinin uzadılmaması barədə qərar çıxarıb.
Bakı Asiya Universiteti – 2000-ci illərin əvvəlində açılan təhsil müəssisəsi 2015-ci ildə Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin dayandırılmasını istəyib. Səbəb kimi universitetin ciddi maliyyə problemlərilə üzləşdiyi bildirilib.
Təhsil Nazirliyi Bakı Asiya Universitetinin xahişini təmin edib və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.
“Təfəkkür” Universiteti - Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdı. Universitet 2016-cı ildən fəaliyyətini dayandırıb.
2016-cı ilin oktyabr ayında “Təfəkkür” Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi müraciəti, universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə qərar qəbul edib.
Qeyd edək ki, “Təfəkkür” Universiteti ilə bağlı böyük əks-səda doğuran hadisə indi də mətbuatda tirajlanmaqdadır. Söhbət “Təfəkkür” Universitetinin sabiq rektoru Müşfiq Atakişiyevin prorektor Tariyel Əhmədovun qətlini sifariş etməsindən gedir. Prorektor Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da qətlə yetirilmişdi.
M.Atakişiyev 2016-cı ildə “Təfəkkür” Universiteti bağlanmazdan bir müddət öncə rektor vəzifəsindən istefa vermişdi. Universitet isə az sonra fəaliyyətini dayandırmışdı. Baş Prokurorluq 12 il əvvəl baş vermiş qətl hadisəsi barədə 2023-cü ilin noyabrında məlumat yayıb və sabiq rektor Müşfiq Atakişiyev həbs edilib.
Qafqaz Universiteti - 1993-cü ildə Bakı şəhərində fəaliyyətə başlayıb. Universitet Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin inkişafında mühüm rol oynayan "Çağ Öyrətim İşlətmələri" şirkətinin təhsil kompleksinin ən yüksək pilləsi idi. 1995-ci ildən başlayaraq universitet tələbə qəbulunun nəticələrinə görə özəl ali məktəblər arasında reytinq cədvəlinə başçılıq edirdi. Burada bakalavr pilləsində 20, magistratura pilləsində 10, aspirantura pilləsində 4 ixtisas üzrə təhsil verilirdi. Qafqaz Universitetinin fəaliyyəti 2017-ci il yanvarın 16-da dayandırılıb. Universitetdə təhsil olan tələbələrin onun bazasında yaradılan Bakı Mühəndislik Universitetinə köçürülməsinə qərar verilib.
Qeyri-rəsmi ehtimallara görə, Qafqaz Universitetinin bağlanmasına səbəb onun Türkiyədən ABŞ-a qaçmış FETÖ təşkilatının başçısı Fətullah Gülənlə əlaqəli hesab edilməsi idi.
Bakı İslam Universiteti - Qafqaz Müsəlmanları İdarəsinin nəzdində olan Bakı İslam Universiteti 1991-ci ildə Bakı İslam Mədrəsəsinin bazası əsasında formalaşmışdı. Bakı İslam Universitetində 2 fakültə vardı: İslamşünaslıq və Şəriət fakültələri. Universitetdə həm dini, həm də dünyəvi fənlər tədris olunurdu.
2018-ci ildə Bakı İslam Universiteti fəaliyyətini dayandırdı. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından sonra onun fəaliyyətinə ehtiyac duyulmadı.
Bakı İslam Universiteti 1991-ci ildən açılandan bağlanana kimi Hacı Sabir Həsənlinin rektorluğu altında fəaliyyət göstərib.
Gəncə Elm-Təhsil Mərkəzi – bu təhsil müəssisəsi 2001-ci ildı tərkibindəki 3 ali məktəblə birlikdə ləğv edilib.
Qeyd edək ki, Azərbaycanda bağlanan özəl universitetlərlə yanaşı, həm də onların ayrı-ayrı rayonlardakı filiallarının faəliyyətinə son verilib.
Rəsmi məlumata görə, 1999-cu ildə keçmiş Təhsil Nazirliyində aparılan araşdırmaların nəticələri əsasında müxtəlif özəl ali məktəblərin 18 filialı bağlanıb. Onların hamısının qanunsuz fəaliyyət göstərdiyi müəyyənləşdirilib. Dövlət qeydiyyatından keçməmiş həmin filialların verdiyi diplomlar isə etibarsız hesab olunub.
Keçmiş təhsil nazir Misir Mərdanov mətbuatdakı çıxışlarının birində bununla bağlı adlar çəkərək bildirib ki, San Marino Beynəlxalq Elmlər Akademiyası Akademik Mərkəzinin Azərbaycan filialının Göyçay və Bərdə filialları, N.Gəncəvi adına Gəncə Universitetinin, Bakı Biznes Universitetinin, Odlar Yurdu Universitetinin, Azərbaycan Beynəlxalq Universitetinin Ağcabədi rayonundakı filialları, Gəncə Elm-Təhsil Mərkəzinin Beyləqan, Zaqatala filialları, “Təfəkkür” Universitetinin Salyan, Əli Bayramlı (Şirvan), Quba filialları bölgələrdə fəaliyyətinə xitam verilən təhsil müəssisələri olub.
Bundan başqa, xarici ölkə ali təhsil müəssisələrinin Azərbaycanda qanunsuz yaradılmış 16 filialı və tədris məntəqəsi də keçmiş Təhsil Naziriliyi tərəfindən qapadılıb.
Belə ki, keçmiş Təhsil Nazirliyinin vəsatəti əsasında məhkəmənin müvafiq qərarları ilə 2000-ci illərin əvvəllərində Dağıstan Dövlət Universitetinin, Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun, Cənubi-Rusiya Humanitar İnstitutunun, Kiyev Reklam İnstitutunun, Moskva Hüquq və İdarəetmə Akademiyasının, Dnepropetrovsk Milli Universitetinin Bakı filiallarının, habelə Rusiya Federasiyası Maymonid adına Dövlət Klassik Akademiyasının Bakı tədris məntəqəsinin fəaliyyətləri dayandırılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin müəssisələr tərəfindən qanunsuz tələbə qəbulu aparılıb, mövcud qanunvericiliyə zidd olaraq məzunlara diplomlar verilib, tələbələrin icazəsiz köçürülməsi həyata keçirilib.
Xəbərin oxunma sayı : 712
Sosial
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV