“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda bu şəxslərə peyvənd vurulmadan ömürlük sənəd verilə bilər - VİDEO

Tarix 18.06.21, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


"Müəyyən ölkələrə və qapalı məkanlara getmək üçün ya vaksin vurdurmalıyıq, ya da immunitet sertifikatına malik olmalıyıq. Toyların da yaxın zamanlarda açılacağı gözlənilir. Həmin vaksin vurduran və immunitet sertifikatı olanlar toylara gedə biləcək".

Bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı?" verilişində qonaq olan tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib.

"Bəzi insanlar üçün vaksinasiya əks göstərişdir. Bu şəxslərin toylara gedə bilməsi üçün ayrıca sertifikat işlənilməlidir və bu, müddətsiz olmalıdır. Çünki insanda hər hansı xəstəlik varsa, bu, 6 ay sonra sağalmayacaq. Bu şəxslər üçün 6 ay sonra da vaksinasiya əks göstərişdir", - deyə həkim əlvə edib.

Qeyd edək ki, koronavirus infekasiyasına qarşı vurulan vaksinlər Azərbaycanda insanlara COVID-19 pasportu almağa imkan verir. COVID-19 pasportunun iki növü var: "COVID-19 vaksin sertifikatı” və "COVID-19 immunitet sertifikatı”. "COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), "COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. Koronavirusa yoluxmuş və sağalmış şəxslərin bu pasportu alması daha asan başa gəlir. Belə ki, yoluxması barədə rəsmi qeydiyyatı olan şəxslərin immunitet sertifikatı əldə etməsi sadə prosedur tələb edir.






Xəbərin oxunma sayı : 511




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap