“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət - İlk dəfə rəsmi açıqlandı

Tarix 17.02.25, 12:41

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb.

AzFakt.com xəbər verir ki, siyahıda Azərbaycan Dövlət Neft Şirkəti, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Azercell Telekom”, “Bakcell”, “Paşa Bank”, “Azerlotereya”, “Lukoil-Azərbaycan” kimi şirkətlərin də adı var.

Siyahıya dair şərh verən deputat Vüqar Bayramov bildirib ki, Dövlət Vergi Xidməti növbəti dəfə siyahı açıqlayan zaman ümumi yüzlük deyil, siyahıların “qeyri-neft” və “qeyri-dövlət” üzrə qruplaşdırılması daha məqsədəuyğun olar.

Deputat qeyd edib ki, vergi güzəştlərində bu anlayışlardan istifadə olunduğu üçün siyahı hazırlanan zaman həmin meyarların nəzərə alınmasına ehtiyac var:

“Digər tərəfdən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Dövlət Gömrük Komitəsi (DGK) vasitəsilə vergi ödəyiciləri üçün də uyğun siyahıların hazırlanması məqsədəuyğun olardı. DSMF-yə ödənişlər üzrə ilk yüzlüyün açıqlanması hansı şirkətlərin sosial təminata daha çox töhfə verdiyini göstərə bilər. DGK vasitəsilə ödənişlərdə ilk yüzlüyün elan edilməsi isə o sahədə şəffaflığın gücləndirilməsi baxımdan vacibdir. Belə siyahıların elan edilməsi vergi ödəyicilərini də daha şəffaf işləməyə stimullaşdırar və vergidən yayınma hallarını azaltmış olar”.

Sözügedən siyahını təqdim edirik:















Xəbərin oxunma sayı : 754




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap