“Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

Azərbaycanda evlilikdən öncə psixoloji müayinəyə start verilir - İlk dəfə

Tarix 21.06.24, 13:56

Font ölçüsü : - / +
bitmap-img6


Son illərdə boşanmaların sayının çoxalması nikahdan əvvəl psixoloji yoxlamalardan keçməyin vacibliyi mövzusunu aktuallaşdırıb. Bu gün dünyanın bir çox ölkələrində ailə quran cütlüklərdən psixoloji test tələb olunur. Bu, gələcəkdə boşanmaların, ailədaxili şiddətin qarşısını mümkün almaq məqsədi güdür. Azərbaycanda da evlilikdən öncə psixoloji testlərdən keçmələri təklif olunur.

AzFakt.com xəbər verir ki, Psixologiya Elmi Tədqiqat İnstitutu Azərbaycanda ilk dəfə  "Evlilik öncəsi psixoloji uyğunluğun dəyərləndirilməsi" xidməti təklif edir.

Terapiyanın məqsədi evlilik öncəsi cütlüklərin psixoloji uyğunluğunun dəyərləndirilməsidir.

Proqrama cütlüklərin evlilik üçün psixoloji uyğunluq diaqnostikası, şəxsiyyət tipologiyalarının uyğunluluğu, cinsəlliyə baxış bucağı, ailə üzvlərinə (ana, ataya) bağlılığın olub-olmaması, gizli qorxular, narahatlıqlar və ifadə olunmamış gözləntilər və s. daxildir.

Bununla bağlı ölkəmizdə qəbul edilmiş qanun olmadığından xidmət yalnız könüllü şəkildə icra edilir.

Qeyd olunur ki, bu xidmət partnyorları qorxuya salmamalıdır.

"Bu gün boşanmaların daha çox səbəbi və əsas meyarı psixoloji uyğunsuzluqdur. Şəxslər ailə qurmazdan əvvəl psixoloji uyğunluq testindən keçərək gələcək həyatlarına daha sağlam baxış formalaşdıra bilərlər. Hansı ki, bununla onları gözləyəcək çətinliklərin öhdəsindən gələ biləcəklər. Çünki dəyərləndirmənin məqsədi onların qəti şəkildə bir-birinə uyğun gəlmədiyini demək və yaxud konfidensial məlumatlarını ötürmək deyil. Əksinə, onların zəif nöqtələrinə, bir-birlərinə qarşı daha doğru yönləndirmə və hazır sistemə salmaqdır. Psixoloji uyğunsuzluq olan şəxslər cütlük terapiyalarına cəlb olunacaqlar və qısa müddət ərzində onları biz gələcəyə hazırlayacağıq". 



Xəbərin oxunma sayı : 754




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap