Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Azərbaycanda köhnə avtomobillər utilizasiyaya göndəriləcək - Sahiblərinə pul veriləcək + VİDEO

Tarix 25.05.22, 9:49

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın avtomobil parkı yenilənəcək. Köhnə və istismar müddətini başa vuran avtomobillər utilizasiyaya göndəriləcək. Bunun əvəzində isə vətəndaşların yeni avtomobillər almaları üçün təşviqat işləri aparılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Rasim Səttarzadə ``Xəzər Xəbər``ə müsahibəsi zamanı deyib ki, azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb.

Layihənin məqsədi yol hərəkəti və ekologiya üçün təhlükə hesab edilən köhnə nəqliyyat vasitələrinin utilizasiyasıdır. O qeyd edib ki, hazırda azərbaycandakı avtomobillərin 80 faizinin istehsal tarixi 10 ildən çoxdur. Bu isə təhlükənin nə qədər ciddi olduğundan xəbər verir. Ölkə başçısının tapşırığına uyğun olaraq hazırlanan dövlət proqramının əsas məqsədi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni təşviq etməkdir. O əlavə edib ki, istismar müddətini başa vuran, ekoloji təhlükə hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək





Nazir müşaviri onu da qeyd etdi ki, avtomobil sahibləri maşınını utilizasiyaya göndərməkdə tam sərbəst olacaq. Yəni bu, onların könüllü seçimidir.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyasını nəzərdə tutan sənəd təsdiq olunması üçün aidiyyəti qurumlara təqdim edilib.



Xəbərin oxunma sayı : 715




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap