“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanda meymunçiçəyinə yoluxmuş şəxslə bağlı dəhşətli detal: Cinsi münasibət zamanı keçibmiş

Tarix 23.01.25, 23:10

Font ölçüsü : - / +
bitmap-img6


"Meymunçiçəyində virus daha çox cinsi əlaqədən sonra bir nəfərdən digərinə ötürüldüyü üçün səpgilərin həmin nahiyədə, yəni cinsi orqan və ətrafında yaranması ehtimalı xarakterikdir".

AzFakt.com Lent.az-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycanda ilk dəfə meymunçiçəyinə yoluxma faktını aşkarlayan, dermatoloq, həkim Mehdi İskəndərli deyib.

Həkim qeyd edib ki, həmin şəxs daha öncə bir neçə dəfə fərqli şikayətlərlə qəbulunda olub: "Pasiyent bu dəfə bizim klinikaya yanvarın 17-də səhər saatlarında müraciət etdi. Onun ümumi vəziyyəti, demək olar ki, kafi idi. Xəstə əzələ ağrısı, limfa vəzilərində böyümə şikayətləri ilə bizə müraciət etmişdi. Müayinə əsnasında onun cinsi orqan bölgəsində göbəklənən vezikulyasiya dediyimiz orta hissəsi çökmüş su qabarcıqları ilə dolu səpgilərin yarandığı məlum oldu. Bu səpgilər birincili herpes, suçiçəyinə bənzəsə də, anamnestik məlumatlar işığında daha çox meymunçiçəyi virusundan şübhələndik. Eyni zamanda, xəstəyə infeksionistin qəbulunda olmağı da məsləhət gördük. Həmin gün təxminən axşam saat 18 radələrində nəzarətdə saxladığım xəstənin nəticələri bəlli oldu və onun meymunçiçəyi virusuna yoluxduğu aşkarlandı.".

Mehdi İskəndərli vurğulayıb ki, sözügedən şəxs iki həftə öncə xarici ölkədə turistik məqsədlə səfərdəykən dərisində su qabarcıqları şəklində səpgilər olan biri ilə təmasda oldub: "Bu məlumatların üstünə klinik əlamətləri də nəzərə aldıqda xəstənin meymunçiçəyinə yoluxduğunu ehtimal etdik".



Xəbərin oxunma sayı : 925




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap