“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycanda problemli kreditlər niyə artıb? - İqtisadçı alim

Tarix 04.05.21, 15:35

Font ölçüsü : - / +
bitmap-img6


"Problemi kreditlərin artma səbəbi vətəndaşların, şirkətlərin gəlirlərinin azalması, bu və digər formada öhdəliklərini yerinə yetirməməsidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli deyib. Onun fikrincə, əsas problemlər istehlak kreditlərində yaşanır:

"İstehlak kreditində həm də faiz dərəcəsi yüksək olur. Eyni zamanda səbəblərdən ən başlıcası Azərbaycanda mövcud kredit faizlərinin yüksək olmasıdır. Hamı bilir ki, belə faizlə insanlar hər hansı iqtisadi daralmada, gəlirlərin azaldığı vaxtda çox həssas olur. Vəsaitləri qaytarmağa imkanları çatmır. 

Pandemiya dövründə müxtəlif kredit tətilləri tətiq olundu. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərə kreditlərin ödənilməsi ilə bağlı təşviq proqramları oldu ki, onların faizlərinin yarısı, həmçinin girovun 60 %-i ipoteka və zəmanət fondu tərəfdindən qarşılansın. Ancaq yenə də bu problem həllini tapmır. Ona görə ki, ucuz kredit istəyən çoxdur. Ancaq kredit vermək imkanları məhduddur”. 
 

Nazim Bəydəmirli hesab edir ki, bunu aradan qaldırmaq üçün kompleks addımlar atılmalıdır:

"Nəticə etibari ilə istehlak krediti götürənlər günəmuzd çalışanlardır. Müxtəlif qapanmalar, məhdudiyyətlər onları gündəlik gəlirlərindən məhrum etdiyinə görə, problemlər yaşanmağa davam edir. Banklara qaytarılmayan kreditlərin həcminin artması həm obyektiv, həm də subyektiv səbəblərlə bağlıdır”.
Bu problemin aradan qaldırılması üçün hansı addımların atılmasına gəlincə, ekspert qeyd edib ki, hökumət Mərkəzi Bankın kredit resurslarının əlçatan olmasına çalışmalıdır:

"Bunun üçün pul ucuzlaşmalıdır. Kredit faizləri aşağı faizlər olmalıdır. Azərbaycanda isə monopol iqtisadiyyat olduğundan, bank sektorunun da inhisarlaşmasına görə bizdə bu problemlər hələ də qalır. Ona görə addımlardan biri vəsaitlərin ucuzlaşmasına və kredit resurslarının, eyni zamanda digər maliyə resurslarından istifadə edərək xarici ölkə banklarının Azərbaycanda işləməsinə şərait yaratmaq lazımdır. Digər məsələlərdən biri dövlət, bank xidmətlərini daha azad etmək lazımdır ki, vətəndaşlar istəlinən bankı seçə bilsinlər”.



Xəbərin oxunma sayı : 622




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap