“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanda siqaretin qiyməti BAHALAŞACAQ

Tarix 05.12.23, 23:40

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda siqaretin qiyməti bahalaşacaq.

AzFakt.com xəbər verir ki, bu barədə Valyuta.az-a iqtisadçı ekspert Xalid Kərimli elektron siqaret, qəlyan və onların əvəzedicilərinin aksiz dərəcəsinin qaldırılmasından danışarkən deyib. Ekspertin sözlərinə görə, elektron siqaret, qəlyanlarda vergi əhəmiyyətli dərəcədə artıb:

"Bir vahid üçün 25 qəpikdən 2 manata qaldırılıb. Bu o deməkdir ki, həmin məhsullar ən azı 1 manat 50 qəpik- 2 manat arasında qalxacaq. Aksiz dolayı vergidir. Bir başa müştəridən tutulan vergidir”. 

Ekspertin fikirincə, satıcılar topdan satış qiymətini ya yuvarlaşdıracaqlar, ya da qiymət siyasətini nəzərə alacaqlar:

"Yəni, birini çox, digərini az qaldırıb qiyməti tənzimləsinlər. Amma təbi ki, bu qərar qiymətlərə təsir edəcək”.

Qeyd edək ki, Milli Məclisdə Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi 0,25 manatdan 2 manata qaldırılır.

Dəyişikliyə əsasən, aksiz dərəcəsi nazik siqaretlərin hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir.



Xəbərin oxunma sayı : 871




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap