“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycandan şampun ixracı beş dəfə azalıb, idxal isə artıb - Statistika

Tarix 29.12.25, 20:45

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 9 881.77 ton şampun idxal olunub. İdxalın ümumi dəyəri 31 milyon 436.78 min ABŞ dolları təşkil edib. Eyni dövrdə şampun ixracı isə 4.46 ton, dəyər ifadəsində 32.17 min ABŞ dolları olub.

AzFakt.com rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin analoji dövrü ilə müqayisədə idxalda artım, ixracda isə ciddi azalma qeydə alınıb. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında ölkəyə 9 685.23 ton şampun idxal edilmiş və idxalın dəyəri 27 milyon 686.42 min ABŞ dolları təşkil etmişdi. Bu dövrdə şampun ixracı isə 21.31 ton, dəyəri 94.36 min ABŞ dolları olub. Müqayisə göstərir ki, 2025-ci ildə şampun idxalı həcm baxımından təxminən 2%, dəyər ifadəsində isə 13.5% artıb, ixrac isə həcm baxımından təxminən 4.8 dəfə, dəyər baxımından isə təxminən 2.9 dəfə azalıb.

2025-ci ildə şampun idxalında əsas pay Türkiyənin payına düşüb. Bu ölkədən 4 093.20 ton şampun idxal edilib və dəyəri 10 milyon 269.56 min ABŞ dolları olub. Digər iri tədarükçülər sırasında Rusiya (1 532.05 ton - 5 milyon 734.54 min dollar), Rumıniya (1 080.35 ton - 4 milyon 839.82 min dollar), İran (1 202.10 ton - 1 milyon 810.52 min dollar), Birləşmiş Ərəb Əmirlikləri (403.32 ton - 2 milyon 120.75 min dollar) və Çin (425.33 ton - 1 milyon 49.29 min dollar) yer alıb.

2024-cü ildə də idxalda əsas tərəfdaş Türkiyə olub. Həmin dövrdə bu ölkədən 4 492.17 ton şampun idxal edilib və idxalın dəyəri 10 milyon 57.26 min ABŞ dolları təşkil edib. Rumıniya (1 416.10 ton - 5 milyon 334.47 min dollar), Rusiya (1 150.76 ton - 4 milyon 67.8 min dollar) və İran (1 084.88 ton - 1 milyon 652.95 min dollar) da əsas idxal mənbələri sırasında yer alıb.

2025-ci ildə şampun ixracı əsasən Gürcüstan (1.97 ton - 7.01 min dollar), Rusiya (1.36 ton - 7.56 min dollar), Türkiyə (0.65 ton - 16.01 min dollar) və Qazaxıstan (0.04 ton - 0.55 min dollar) istiqamətində həyata keçirilib. 2024-cü ildə isə ixracın əsas hissəsi Gürcüstan (13.07 ton - 35.70 min dollar), Rusiya (5.74 ton - 27.65 min dollar) və Türkiyə (0.87 ton - 24.93 min dollar) hesabına formalaşmışdı.



Xəbərin oxunma sayı : 100




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap