Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Azərbaycanla Ermənistan arasında kommunikasiyalar açılır? - Ceyhun Bayramov

Tarix 15.11.24, 12:15

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyaların açılması yeni mövzu deyil.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, 2020-ci il Üçtərəfli Bəyanatda buna dair xüsusi bənd mövcuddur: "Orada Ermənistanın üzərinə götürdüyü öhdəliklər mövcuddur. Mövzu uzun müddət ərzində müzakirə predmetidir. Üç il yarım müzakirələrdən sonra demək olar ki, "razılıq əldə olunub" sözü hesab edirik ki, gecikmiş sözdür. Bu razılıq çoxdan əldə olunmalı idi.

Hələ bununla bağlı elanlar yoxdusa, rəsmi sənəd yoxdursa, Ermənistan tərəfindən bu istiqamətdə heç bir işə başlamayıbsa, deməli hələ də açıq məsələlər mövcuddur. Azərbaycanda isə öz ərazisində nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı artıq uzun müddət ərzində işlər sürətlə gedir və həmin infrastruktur Ermənistanla sərhədə kimi yaxın zamanda çatdırlacaq”.

Ceyhun Bayramov bəzi dünya liderlərinin COP29-da iştirak etməməsinə münasibət bildirib. Nazir deyib ki, indiyə qədər 80-dən çox ölkənin dövlət və hökumət başçıları COP29-da iştirak edib:

"Konvensiyaya üzv olan 198 tərəf var. Bir-iki istisnanı çıxmaq şərti ilə, 198 tərəfdən demək olar hamısının nümayəndə heyəti Bakıdadır. Onlar hazırda bu mövzu ilə məşğul olurlar. Bu və ya digər liderin iştirak edib-etməməsinə gəlincə isə, Azərbaycan olaraq, bizim qapımız hər kəsin üzünə açıqdır. Biz onların hər birini konfransda görməkdən məmnun olardıq. Biz ancaq Konfransın uğuruna köklənməliyik".



Xəbərin oxunma sayı : 1201




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap