![]() |
|














Bütün şahidlər Niyaz Niftiyevin xeyrinə ifadə verdilər – Məhkəmə yenə təxirə salındı
Tarix 20.07.21, 13:09 |
|

Ötən ilin aprelində keçirilən əməliyyat zamanı saxlanılan Binəqədi Bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakupost.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə 51 şahiddən 21-i dindirilib. Bütün şahidlər Niyaz Niftiyevin xeyrinə ifadə veriblər. Onlar Niyaz Niftiyevi şəxsən tanımadıqlarını, arayışlara görə rüşvət vermədiklərini bildiriblər.
Məhkəmədə Niyaz Niftiyevdən öncə bələdiyyə sədri olmuş Mətanət Nəsibova və Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Sahib Abışov da iştirak edib. S.Abışov istintaqa N.Niftiyevlə bağlı ibtidai istintaq dövründə təzyiq altında ifadə verdiyini bildirib və həmin ifadədən imtina edib: "Niyaz Niftiyev 07 aprel 2020-ci ildən sonra sərəncam verici şəxs statusunda olmuşdu. Bu tarixdən sonra da yalnız qəsəbə ərazisində yaşayan və borclu kiçik sahibkarların borcu ödənildikdən sonra "məşğul olduğu fəaliyyət sahəsini təsdiq edən" arayışın verilməsini tövsiyə etmişdi. Bu cür arayışlar bələdiyyə tərəfindən hər zaman verilib".
S.Abuşov həmçinin bildirib ki, N.Niftiyev tərəfindən qəsəbə ərazisində fəaliyyət göstərməyən kiçik sahibkarlara və fiziki şəxslərə hər hansı bir formada arayış verilməsi ilə bağlı heç bir göstəriş verməyib: "Bu faktı özüm təsdiq edirəm. Arayışların Bələdiyyələrin "Sənədlər və Vətəndaşlarla İş" şöbəsində deyil, "Bələdiyyə Gəlirləri və Yerli Vergilər" şöbəsi tərəfindən hazırlanmasında məqsəd ondan ibarətdir ki, "Bələdiyyə Gəlirləri və Yerli Vergilər" şöbəsində borclu sahibkarlar və fiziki şəxslərin informasiya bazası var. Əgər Niftiyev və ya ondan əvvəlki sədr Mətanət Nəsibovanın arayışları rüşvət qarşılığında satmaq kimi bir niyyətləri olsaydı, bu işi "Bələdiyyə Gəlirləri və Yerli Vergilər" şöbəsi deyil, "Sənədlər və Vətəndaşlarla İş" şöbəsi tərəfindən həyata keçirərdilər”.
Şöbə müdiri yığılan verginin qəsəbənin abadlaşdırılmasına, zibil və tullantıların daşınmasına, eləcə də karantin dövründə imkansız şəxslərə yardımlara xərcləndiyini deyib. O, hakimin və prokurorun qəsəbədə zibil daşınması üçün müqavilə bağlanan "Karant 60" MMC ilə bağlı suallarını da cavablandlırıb:
"Karant 60" MMC ilə bələdiyyə arasında müqavilə illərdir bağlanılır. Çünki, dövlətin müvafiq qurumlarının görməli olduğu, lakin görmədiyi məişət tullantılarının təmizlənməsi kimi ağır və məsuliyyətli bir işi bələdiyyənin görməsi məcbur edilmişdir. Hər ay qəsəbə ərazisindən məişət tullantılarının təkcə daşınma xərclərinə 18 min manatdan çox vəsait Bakı şəhər Mənzil Kommunal Departamentinə ödənilib".
Məhkəmə iclasında şahid qismində ifadə verən Qurbanlı Qurban İlyas oğlu bildirib ki, Binəqədi qəsəbəsi, Zeynalov küçəsində yaşayır, qəsəbədə yaşadığını təsdiq etmək üçün bələdiyyəyə müraciət edib, məişət tullantılarına borclu olduğuna görə 20 manat pul ödəyib və qəbz alıb: “İttiham olunan şəxsləri tanımıram və onları nə vaxtsa görməmişəm”.
Başqa bir sahid - Bağırov Fərid Bağır oğlu ifadəsində göstərib ki, Binəqədi qəsəbəsi, M.F.Axundov küçəsində yaşayır. O qəsəbə ərazisində yaşadığını və istilik sistemlərinin təmiri ilə məşğul olduğunu, arayış alarkən heç bir ödəniş tələb olunmadığını deyib.
Şahid qismində ifadə vermiş Rizvanov Taleh Azad oğlu da ifadəsində göstərib ki, Bakı şəhəri Binəqədi qəsəbəsi M.Rəsulzadə qəsəbəsi, 8 may küçəsində yaşayır. O, “Kamaz” avtomobili idarə etdiyindən bəzən qəsəbə ərazisində tullantıların daşınması üçün ona müraciət edilib. Hər dəfə bu xidmət üçün bələdiyyə tərəfindən ona 40 manat pul verilib. Tullantıların bələdiyyə ərazisindən daşınmasını bildirmək üçün ona arayış verildiyini və bunun müqabilində pul ödəmədiyini deyib.
Bundan başqa, şahid qismində dindirilən Səttar Tərlan Əmira oğlu ifadəsində göstərib ki, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yaşayır. Özünə məxsus "Ford" markalı 90-OS-269 dövlət nömrə nişanlı avtomobillə yük daşıma xidməti ilə məşğul olur. Bunu dəsdiq edən arayış üçün bələdiyyəyə müraciət edib, məişət tullantılarına borcu olduğu üçün bələdiyyəyə 10 manat pul ödəyib və əvəzinə qəbz alıb.
Daha sonra Əlizadə Pərviz Canbaxış oğlu, Məmmədova Firuzə Həsən qızı, Bayramov Əbülfəz Sabir oğlu, Bəxtiyarlı Mehrac İxtiyar oğlu, Aslanov Zahid Gülnəzər oğlu, Əliyev Əli Əbdüləli oğlu və digərləri də bu səpkili ifadələr veriblər, onlar rüşvət qarşılığında heç bir arayış almadıqlarını bildiriblər. Sonda hakim Əli Məmmədov bildirib ki, məhkəmədə ilkin istintaq dövründə izahatları alınan digər şahidlərin də fikirləri dinlənəcək. Hakim növbəti məhkəmə prosesini avqust ayının 2-sinə təyin edib.
Qeyd edək ki, N. Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.
Sonradan bu maddələr dəyişdirilib, prokurorluqda ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.
İttiham aktından görünür ki, istintaqın istinad etdiyi və ittiham olaraq irəli sürdüyü - mübahisələndirdiyi arayışlar içərisində yalnız 4 arayışda N. Niftiyev imzası var.
Niyaz Niftiyev ifadəsində bildirib ki, imza atdığı 3 arayışı verdiyi şəxsin həqiqətən də sədri olduğu bələdiyyə ərazisində yaşayıb-yaşamadığını dəqiqləşdirmək imkanı olmayıb. Bildirib ki, həmin vaxt pandemiya ilə əlaqədar imkansız və tənha ailələrə (800 nəfərə) ərzaq yardımı paylanılıb, bələdiyyəyə sakinlərin axını, gərgin iş rejimi olub. Həmin 3 nəfər öyrədilmiş şəxslər olduğuna görə, bələdiyyə əməkdaşlarını inandıra biliblər ki, həqiqətən, bələdiyyə ərazisində yaşayırlar və hansısa xırda ticarətlə məşğuldurlar.
N. Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.
Xatırladaq ki, N. Niftiyevin həbsi ilə bağlı bir qrup ziyalı ölkə başçısına müraciət edib.
Bundan başqa, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisin iclasında Niyaz Niftiyevin 1 ildən artıq müddətdə istintaq təcridxanasında saxlanılmasına etiraz edib. Bildirib ki, Niyaz Niftiyev tanınmış jurnalist, müsbət imicli şəxsdi, məhkəmə onun indiyə kimi olan fəaliyyətini, xidmətlərini nəzərə almalıdır.
Xəbərin oxunma sayı : 691
Hadisə
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV