“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Baş nazirdən azad edilən ərazilərlə bağlı göstəriş

Tarix 02.08.21, 19:20

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan ordusu üzərində əldə edilmiş tarixi zəfər nəticəsində müqəddəs Vətən torpaqlarının azad edilməsi bütün sahələr üzrə yeni situasiya yaradıb. Azərbaycan Prezidentinın tapşırığı ilə hazırda işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə, infrastrukturun bərpası və tikinti-quruculuq işləri aparılır.

AzFakt.com xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd edilib. Bildirilir ki, Dövlət Komissiyasında toplanmış məlumatlara, o cümlədən şahid ifadələrinə əsasən, birinci Qarabağ Müharibəsi zamanı yaşayış məntəqələri işğal edilərkən Ermənistan ordusu və terrorçu-quldur dəstələri tərəfindən qətlə yetirilmiş Azərbaycan vətəndaşları həmin ərazilərdə dəfn edilib.

İşğaldan azad olunmuş ərazilərdə görülən müvafiq işlər zamanı aşkar edilmiş naməlum məzar yerlərində ekshumasiyanın qeyri-peşəkar şəxslər tərəfindən aparılması və meyit qalıqları ilə ehtiyatsız davranış onların müxtəlif zədələr almasına, qarışmasına, məlumat və sübutların, həmçinin artefaktların itməsinə səbəb ola bilər. Bu cür hallara yol verilməsi isə sonradan meyit qalıqlarının eyniləşdirilməsində ciddi problemlər yarada bilər.

Göstərilənlər və birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 3890 vətəndaşımızın sonrakı taleyinə aydınlıq gətirilməsinin zəruriliyi nəzərə alınaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müraciəti əsasında işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri zamanı kütləvi və fərdi məzar yerləri aşkar ediləcəyi halda ekshumasiya işlərinin mütəxəssislər tərəfindən aparılması məqsədilə Dövlət Komissiyanın dərhal məlumatlandırılması barədə Baş Nazir tərəfindən aidiyyəti dövlət qurumlarına müvafiq göstəriş verilib.



Xəbərin oxunma sayı : 448




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap