Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Bakıda avtobus zolaqlarının əhəmiyyəti nələrdir? - Rəsmi açıqlama

Tarix 11.10.24, 21:09

Font ölçüsü : - / +
bitmap-img6


Avtobus zolaqları ictimai nəqliyyat xidmətlərinin yaxşılaşdırılması üçün ən sadə, lakin ən vacib elementlərdən biridir. Bu gün paytaxtın 29 küçə və prospektində 85 km xüsusi hərəkət zolağı mövcuddur.

AzFakt.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı regional idarəsinin müdir müavini, müdir vəzifəsini icra edən Tərlan Səfərov bildirib.

Onun sözlərinə görə, müxtəlif ərazilərdə təşkil edilən bu zolaqlarla gün ərzində 68 minə yaxın avtobus hərəkət edir:

“900 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb. Bu gün avtobuslarla 1,2 milyon sərnişinin daşınması həyata keçirilir”.

Qurum rəsmisi bildirib ki, hazırda Zabrat yolu kimi tanınan ərazidə zolaqların təşkili davam etdirilir:

“Bu zolaqların təşkili avtobusların intervallara uyğun olaraq vaxtında çatmasını təmin etməklə yanaşı, onların istismar xərclərini azaltmağa da imkan verir”.



Xəbərin oxunma sayı : 835




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap