“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Bakıda ayı 15 minə bağ evləri: Kirayə qiymətini qaldıran səbəb nədir?

Tarix 17.05.21, 14:23

Font ölçüsü : - / +
bitmap-img6


"Bakı və Abşeron ətrafındakı bağ evlərinin kirayə qiymətlərində kəskin artım müşahidə olunur".

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Ekspert deyir ki, hazırda aylıq kirayəsi 10-15 min arasında təklif olunan bağ evləri var:

"Əvvəlki illərdən fərlqi olaraq son iki ildə bağ evlərinin qiymətlərindəki artım daha böyük rəqəmlərlə ifadə olunur. Təqribən əvvəlki illərdə illik qiymət artımı 20-30 faiz arasında dəyişirdisə, indi bu, artıq dəfə ilə ölçülür. Yəni, 2-3 dəfə, hətta bəzi ərazilərdə bir qədər də çox qiymətlərdə artım müşahidə olunur.
 
Məsələn, əvvəllər 500 manata təklif olunan kirayə bağ evlərinin qiyməti hazırda bazarda 1500-2000 min arasında dəyişir. Eyni vaxtda 2-3 ailənin dincəlməsi üçün şəraiti olan fərdi yaşayış evlərinin qiymətləri daha yüksəkdir. Elə bağ evləri var ki, onların bazarda aylıq kirayə qiyməti 10-15 min arasında təklif olunur".
 

Ramil Osmanlı bunun mövsümi proses olduğunu da vurğulayıb:

"Bu il də bağ evlərinin kirayə qiymətində bahalaşma müşahidə olunur. Son iki ildə bağ evlərinin kirayə qiymətlərinin bahalaşmasının aktivləşməsi, daha da sürətlənməsinin səbəblərindən biri də pandemiya ilə əlaqəlidir. Bakı və Abşeron ərazisində yaşayan insanların əksəriyyətinin xarici ölkələrə getmək imkanları məhdudlaşdırılıb. Onların əksəriyyəti istirahət üçün bağ evlərinə üstünlük verirlər. Buna görə də bu məsələ tələbi artırır. Tələb artdıqca qiymətlərə təsir göstərir".



Xəbərin oxunma sayı : 355




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap