Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bakıda kvadratmetrlə torpaq satılır - VİDEO

Tarix 28.05.24, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Bütün ölkə üzrə torpaq sahələrinin satışı əsasən sotla aparılır. Lakin paytaxtın bəzi ərazilərində kvadratmetrlə torpaq satışına da rast gəlinir.

Maraqlıdır, torpağın bu formada satışı ərazinin az olması ilə bağlıdır, yoxsa qiymətin bahalığı ilə əlaqədardır?

Əmlakçı Yusif Quliyev Baku TV-yə açıqlamasında qeyd edib ki, kvadratmetrlə satılan torpaqlar qeyri-yaşayış sahələridir:

"Bu torpaq sahələri obyekt tikmək üçün nəzərdə tutulub. Ona görə də baha başa gəlir. Həmin torpaq sahələrində fərdi yaşayış evi tikmək mümkün deyil".

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev isə deyir ki, torpaqların kvadratmetrlə satılması ərazilərin məhdud olması ilə əlaqədardır:
"Hansısa yüngül konstruksiyalı qeyri-yaşayış obyektinin inşası üçün təxminən 20 kvadratmetrlik torpaq sahələri satılır. Həmin torpaq sahələri kəskin şəkildə bahadır. Mərkəzdə qeyri-yaşayış obyekti üçün yararlı olan torpaq sahəsinin bir kvadratmetri 10-20 min manata satılır. Bir sot torpağın qiyməti isə təxminən bir milyon manatdır".

Ekspertin sözlərinə görə, kvadratmetrlə satılan torpaqların qiymətləri ilə bərabər həmin ərazilərdə tikilən obyektlərin icarə qiymətləri də yüksək olur. Baha olsa da, mülkiyyətçilər belə torpaq sahələrini ona görə alırlar ki, həmin ərazidə inşa etdiyi istənilən mülkiyyət növünü sonradan dəfələrlə baha qiymətə sata və icarəyə verə bilsinlər.



Xəbərin oxunma sayı : 667




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap