![]() |
|














Bakıda mənzilləri fırıldaqlıqla ələ keçirən dələduz şəbəkə üzvü həbs olunub - 2 üzv axtarışdadır
Tarix 18.05.24, 14:40 |
|

Bakıda mənzilləri fırıldaqlıqla ələ keçirən dələduz şəbəkənin fəaliyyəti haqda məlumat vermişdik. Sıralarında əvvəllər məhkum olunmuş şəxslər, ev alqı-satıqı ilə məşğul olan maklerlər var. Dələduz şəbəkənin ələ keçirdiyi əmlakların siyahısı genişdir və həmin əmlakların dəyəri milyonlarla manatı aşır.
Musavat.com xəbər verir ki, dələduzluq cinayəti ilə bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb və cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı müəyyən edilib ki, Rauf Kazımov tanışları Anar Hacıyev, Emin İbrahimov və qeyriləri ilə qabaqcadan əlbir olaraq qrup halında cinayət əlaqəsinə girərək qeyd edilən əməli törədiblər.
İstintaqla araşdırılan yolla mülkiyyətçi tərəfindən sözügedən mənzilə dair bütün mülkiyyət hüquqlarını Rauf Kazımova etibar edilməsinə dair əldə olunan etibarnamə ilə əvvəlcə Anar Hacıyevə, bundan sonra Dəyanət Əmrahova və nəhayət Azər Həsənova satılmasını həyata keçirərək özgəninkiləşdirilməsinə nail olunub.
İstintaq zamanı Rauf Kazımov və Anar Hacıyevin alqı-satqı proseslərini həyata keçirdikdən sonra ölkə hüdudlarından kənara getmələri müəyyən edilib. Qafqazinifo-nun məlumatına görə bundan başqa, Emin İbrahimovun da eyni üsulla cinayət törətməsi faktı əsasında onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi istintaq olunub, həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Hazırda həmin şəxslərin saxlanılması və qrupun digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Musavat.com xatırladır ki, dəstə üzvləri mənzilləri, obyektləri rəsmi müqavilə ilə kirayəyə götürür və sonradan Rusiyanın Tümen şəhərində yerləşən notariat kontorunun adından verilmiş baş etibarnamə əsasında satırlar. Maraqlısı odur ki, saxta olsa da, həmin baş etibarnamə Rusiya Federasiyasının Notariat Xidmətinin elektron qeydiyyat sistemində də hansısa şəkildə yerləşdirilib! Bakıda notariuslara təqdim olunan həmin saxta baş etibarnamələr yoxlanılarkən Rusiya Federasiyasının Notariat Xidmətinin elektron qeydiyyat sistemində göründüyündən, notariuslar sənədin saxta olduğunu aydınlaşdıra bilməyiblər!
Bu yolla mənzili satılanlardan biri də Bakı şəhəri, Fətəli Xan Xoyski prospekti ev 83, mənzil 1-də qeydiyyatda olan Leyla Nəbiyeva olub.
O bildirib ki, 19 iyun 2023-cü ildə Rauf Cəfər oğlu Kazımovla kirayə müqaviləsi bağlayaraq Xətai rayonu, Süleyman Vəzirov küçəsi 1157-ci məhəllə, ev – 17 C-də yerləşən 13 saylı mənzilini ona kirayəyə verib: “Rauf Kazımov mənzili kirayə götürəndə orada ailəsi ilə birlikdə yaşayacağını bildirmişdi. Lakin bir müddət sonra bizə aydın oldu ki, Rauf Kazımov mənim adımdan Rusiya Federasiyasının Tümen şəhərində verilməsi göstərilən saxta etibarnamə düzəldərək mənzilimi 10 avqust 2023-cü ildə Bakı şəhərindəki 48 saylı notariat ofisində alqı-satqı müqaviləsi əsasında əvvəldən tanıdığı, cinayət əlaqəsində olduğu Anar Hacıyevə satıb. Bununla da mənim daşınmaz əmlakıma olan mülkiyyət hüququma xitam verməklə evimi əlimdən çıxardıblar”.
Leyla Nəbiyeva bildirib ki, ümumiyyətlə, həyatı boyu Rusiya Federasiyasında olmayıb: “Mən heç zaman Rusiyada olmamışam və müvafiq olaraq Tümen şəhərinə gedib kiməsə baş etibarnamə də verməmişəm. Aldığımız məlumatlara əsasən Rauf Kazımov eyni qaydada Bakı şəhərində çoxsaylı mənzilləri kirayə adı ilə götürüb, sonradan guya Anar Maarif oğlu Hacıyevə satıb. Mən duyuq düşməyim deyə, mənzilimi satdıqdan sonra bir neçə ay kirayə haqlarının ödənilməsi dayanmayıb. Digər kirayəyə götürdükləri mənzillərlə bağlı da eyni ssenari üzrə fəaliyyət göstərib. O vaxta qədər ki, mənilim bir neçə nəfərə alqı-satqı olunub, vicdanlı alıcı görüntüsü yaradılıb, əldə edilmiş külli miqdarda vəsaiti mənimsəyiblər!
Leyla Nəbiyevanın sözlərinə görə Rauf Kazımov mənzilini kirayə götürdüyü gündən hər ay aylıq kirayə haqqını müqavilə üzrə ödəyib. 2023-cü ilin dekabrına qədər ödənişlər vaxtı-vaxtında olduğundan mənzilin saxta sənədlər əsasında satılmasından xəbəri olmayıb: “2023-cü ilin dekabr ayından 2024-cü ilin fevralınadək Rauf Kazımov kirayə haqqını ödəmədi. Bununla bağlı aramızda narazılıq yarandı. Bu zəmində təsadüfən bizə məlum oldu ki, mənzili başqa bir şəxsə satıblar. Sonradan bizə məlum oldu ki, Rauf Kazımov ümumiyyətlə, mənzildə kirayədə yaşamayıb. Ən vacib məqam ondan ibarətdir ki, mənim mənzilim saxta etibarnamə əsasında keçən ilin 10 avqustunda satılsa da, 2023-cü ilin dekabrına qədər kirayə haqqını gecikdirmədən mənə ödəyiblər ki, mənim baş verən hadisədən xəbərim olmasın. Eyni zamanda mənzili rahat şəkildə digər şəxsin adına keçirə bilsinlər. 30 dekabr 2023-cü ildə mənzilimi saxta sənədlər əsasında digər şəxsin adına keçiriblər. Bundan sonra da mənzilə görə kirayə haqqının da ödənilməsini dayandırıblar. Bunu bilən kimi təcili olaraq notariat ofisinə müraciət etdim. Oradan məlumat verildi ki, mənzilimi 2023-cü ilin avqust ayının 10-da, yəni mənzilimi kirayə götürdükdən cəmi 1 ay 20 gün sonra Rauf Kazımov tərəfindən guya Anar Maarif oğlu Hacıyevə satıb. Anar Hacıyev də öz növbəsində digər bir şəxsə, o da bir başqa şəxsə satıb”.
Leyla Nəbiyeva hesab edir ki, mənzilini sonradan alıb-satan şəxslər də dələduz şəbəkənin üzvləri ola bilərlər. Deyir ki, mənzilinin alqı-satqısında adı keçən şəxslər bir-birini çox yaxşı tanıyırlar, bir-biriləri ilə münasibətləri var: “Mənə ötən müddət ərzində məlum olub ki, mənzilimin saxta sənədlər düzəltməklə, dələduzluqla ələ keçirilməsində iştirak edən şəxslərin hər biri əvvəllər məhkum olunmuş şəxslərdir və onları 1-2 il əvvələ qədər həbsdə olublar. Həbsdən çıxandan sonra isə mütəşəkkil cinayətkar qrup şəkilində Bakıda saxta sənədlər düzəltməklə mənzillərin ələ keçirilməsinə başlayıblar. Bu işin içində digərləri ilə yanaşı peşəkar maklerlər də var”.
Leyla Nəbiyeva bildirib ki, Rauf Kazımov və Anar Hacıyev hər ikisi türmədən çıxandan sonra bu işlərlə məşğul olmağa başlayıblar. Onlar mütəşəkkil cinayətkar qrupun rəhbərliyinin tələbi ilə Bakıda çoxsaylı mənzillər ələ keçiriblər: “Rauf Kazımovla Anar Hacıyev hazırda ölkədə deyillər, onları ölkədən qaçırıblar. Buna səbəb isə 15 noyabr 2023-cü ildə Anar Hacıyevin Bakı şəhərindəki 50 saylı Notariat Ofisində ifşa edilməsi olub. Anar Hacıyev mənim mənzilim kimi müqavilə əsasında kirayəyə götürdüyü digər vətəndaşa məxsus mənzili saxta baş etibarnamə əsasında alqı-satqı edərkən notarius sənədlərin saxta olmasından şübhələnib. Şübhələnməsinin səbəbi isə Anar Hacıyevin dünən aldığı mənzili bu gün satmaq istəməsi olub. Notarius mənzilin mülkiyyətçisinə zəng vurub ondan mənzilini satıb-satmadığını soruşub. Mənzil sahibi mənzilini satmadığını dedikdə Anar Hacıyevlə Rauf Kazımov oradan qaçıblar. Elə həmin gün onlar üçün Sankt Peterburqa təyyarə bileti alınıb və onlar Azərbaycandan çıxıblar. Bu gün də Rusiyadadır, ölkəyə gəlmirlər. Bizimlə vatsap üzərində danışarkən deyirlər ki, biz bu işdə heç kimik, bu işlərin arxasında böyük adamlar dayanıb”.
Xəbərin oxunma sayı : 1000
Hadisə
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV