Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda polisdən qaçan sürücü 10-a yaxın maşın əzdi... - Cinayət işi açıldı + VİDEO

Tarix 25.09.21, 12:40

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtda polislərdən qaçmaq istəyən sürücü bir neçə dəfə paytaxt ərazisində cəmiyyətə hörmətsizlik edərək, yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, yol polisi əməkdaşları yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən sürücü barəsində tədbir görməyə çalışıb: “Bu zaman şəxs polisə tabe olmayıb. Əksinə baş verən hadisəni daha da gərginləşdirməyə çalışıb. Ətrafdakı sürücülər hadisəyə reaksiya verərək, yol polis əməkdaşına kömək etməyə çalışıblar.

Sözügedən sürücü ətrafda olan bir neçə nəqliyyat vasitəsinə də ziyan vurub. Sürücü saxlanılıb. Hadisə barəsində aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq şəxs barəsində qanunauyğun tədbirlər görüləcək. İctimaiyyətə əlavə məlumat veriləcək”.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə paytaxtda polislərdən qaçmaq istəyən sürücünün digər avtomobillərə zərər vurduğunun görüntüləri yayılıb. Belə ki, 50-ED-532 dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtomobilin sahibi polislərin dayan əmrinə tabe olmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib ki,Polisin “saxla” əmrinə tabe olmayan, digər avtomobillərə zərər vuran şəxs vətəndaşların köməyi ilə saxlanılaraq, aidiyyəti üzrə təhvil verilib.

O bildirib ki, sentyabrın 24-də paytaxtda “Volkswagen” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Kamran Cəbrayılzadə ictimai qaydanı, ictimai asayişi qəsdən pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə 10-a yaxın avtomobilə maddi ziyan vuraraq polisin təqibindən yayınmağa cəhd göstərib: “Davamlı olaraq, avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan avtomobil həyata keçirilən təxirəsalınmaz tədbirlərlə və vətəndaşların köməkliyi ilə saxlanılması təmin olunub. Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, K.Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.

Hazırda istintaq hərəkətləri davam etdirilir. Digər vətəndaşların avtomobillərinə dəyən ziyanla bağlı müraciətləri istintaq materiallarına əlavə edilir”.







Xəbərin oxunma sayı : 406




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap