Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

Bakıda tarixi abidələrə qanunsuz müdaxilə edənlərə - Xəbərdarlıq

Tarix 29.09.22, 23:04

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda tarixi abidələrə qanunsuz müdaxilələrin qarşısını almaq üçün monitorinqlər aparılır.

Bu barədə Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Mədəniyyət naziri Anar Kərimovun tapşırığına uyğun olaraq qurum, paytaxtda yerləşən tarixi abidələrə edilən qanunsuz müdaxilələr, təmir-bərpa işlərinin aparılması ilə əlaqədar yol verilmiş qanunsuz halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən operativ monitorinqləri davam etdirir.

Bu günə qədər 26 protokol yazılıb, xeyli sayda obyekt sahibinə xəbərdarlıq edilib.

Növbəti monitorinq tədbirləri dislokasiyaya uyğun olaraq Bakı şəhəri Yasamal rayonu Azərbaycan prospektində yerləşən tarix-memarlıq abidələrini əhatə edib.

“Bir daha bildirmək istəyirik ki, Dövlət Xidməti istisna olmaqla digər heç bir qurumun tarix-mədəniyyət abidələri üzərində hər hansı təmir-bərpa işlərinin aparılması, onların üzərinə reklam və digər lövhələrin yerləşdirilməsinə icazə vermək səlahiyyəti yoxdur.

Tarix-memarlıq abidələri ilə bağlı aparılan monitorinqlər davam etdiriləcəkdir. Bütün qanunsuz müdaxilələrin qarşısı alınacaqdır. Xəbərdarlıqlara rəğmən yol verdikləri nöqsanları aradan qaldırmayan obyekt sahiblərinə cərimələr tətbiq olunacaq və onlar barəsində hüquq mühafizə orqanlarına müraciət olunacaqdır.

Bir daha vətəndaşlarımızı, mülkiyyətində və ya icarəsində tarixi abidələr olan şəxsləri abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırırıq”,- deyə məlumatda bildirilib.





Xəbərin oxunma sayı : 1021




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap