“Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO Günel Nəfəs barədə: “Başından böyük danışma!“ “Sevgisiz mümkün deyil“ - Aygün Kazımova
Axtar
 
  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

  • / Maqazin / — 10 Fevral 2024

    Günel Nəfəs barədə: “Başından böyük danışma!“

  • / Maqazin / — 03 Fevral 2024

    “Sevgisiz mümkün deyil“ - Aygün Kazımova

  • / Maqazin / — 06 Yanvar 2024

    “Sevəcəyim şəxs minimum milyonçu olmalıdır“ - Roza Zərgərli

  • / Maqazin / — 05 Yanvar 2024

    Azərbaycanlı model Dubayda ərə getdi - FOTOLAR

Bakıda uşaq bağçasının ərazisini özəlləşdirib 13 milyona satışa çıxaran kimdir? – FOTOLAR

Tarix 12.10.23, 18:36

Font ölçüsü : - / +
bitmap-img6


Xətai rayonunun Əhmədli qəsəbəsində 13 milyon manata torpaq sahəsi satılır.
 
AzFakt.com Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə "tap.az” saytında elan yerləşdirilib.

Satışa çıxarılan ərazinin ümumi sahəsi 1 hektar 28 sotdur. Maraqlıdır ki, ərazi vaxtilə uşaq bağçası olub. Hazırda binadan özəl tədris müəssisəsi kimi istifadə edilir.

Digər tərəfdən, Bakı şəhərində məktəbəqədər tərbiyə müəssisələrinin çatışmazlığının olduğu bir vaxtda uşaq bağçalarının özəlləşdirilməsi də suallar doğurur.

Mövzu ilə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov sorğumuza cavab olaraq məsələdən məlumatlı olduqlarını və sözügedən ərazinin özəl mülkiyyət olduğunu bildirib.

İcra hakimiyyətinin rəsmisi özəlləşdirmələrin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin səlahiyyətində olduğunu qeyd edib. Mövzunu davam etdirəcəyik.
 

 

 

 








Xəbərin oxunma sayı : 1129




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap