“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Bartaz yüksəkliyi necə azad olundu? - VİDEO

Tarix 26.10.22, 21:09

Font ölçüsü : - / +
bitmap-img6


İki il öncə bu gün, yəni vətən müharibəsinin 30-cu günü bölmələrimiz Bartaz yüksəkliyi uğruda əməliyyatlara başlayıb.

AzFakt.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, cənub cəbhəsinin ən uca zirvəsi Bartaz... Zirvədən də artıq bölgəyə hökmranlığın tək simvolu. Azərbaycan ordusunun qarşısında bu istiqamətdə olan bu maneə artıq bir çox səddlərin də açılması idi.

Azərbaycan ordusunun hava hücumundan müdafiə qüvvələrinin fəaliyyəti ilə düşmən demək olar ki, pilotsuz uçuş aparatları ilə müşahidə apara bilmirdi. Lakin onlar yenə də fəaliyyətsiz dayanmırdı. Demək olar ki, bütün ərazilələrdə kameralar quraşdıraraq geri çəkilirdi.

Bartaz əməliyyatının taktikası dəyişir. Düşməni çaşdırmaq üçün tam fərqli plan seçilir. Əməliyyatın icrası üçün isə gecənin düşməsi gözlənilir.

Şuşa yolunun açılması üçün döyüşlər gedir. Artıq iki gündür ki, xüsusi təyinatlı qüvvələr səssizcə, addım-addım Şuşaya yaxınlaşır. Lakin Şuşa əməliyyatının uğurlu icrası üçün düşmən qüvvələrini Qrımızıbazar cəbhəsinə çəkmək lazım idi. Düşmənin dərinliyində isə əməliyyatlar dayanmır. Əməliyyatların əsas icraçısı olan Xüsusi təyinatlılara artilleriya dəstəyi ilə yanaşı aviasiya da yardım edirdi.

26 oktyabr həm də ABŞ, Azərbaycan və Ermənistan arasında razılaşdırılmış  atəşkəsin pozulması ilə də yadda qaldı. Yeni humanitar atəşkəs rejimi qüvvəyə mindikdən bir neçə dəqiqə sonra - saat 08.05-dən etibarən Ermənistan ordusu Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Qubadlı və Laçın istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutdu. Bununla da Ermənistan artıq okeanın o tayındakı havadarlarına da sülhü necə istdəyini bir daha göstərmiş oldu.

Daha ətraflı süjetdə:






Xəbərin oxunma sayı : 1288




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap