Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“ Nura çimərlik geyimində - FOTO Aygün Kazımovadan cəsarətli klip - VİDEO Aysel Əlizadə çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 19 İyul 2021

    Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“

  • / Maqazin / — 15 İyul 2021

    Nura çimərlik geyimində - FOTO

  • / Maqazin / — 13 İyul 2021

    Aygün Kazımovadan cəsarətli klip - VİDEO

  • / Maqazin / — 09 İyul 2021

    Aysel Əlizadə çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 07 İyul 2021

    Azərbaycanlı aparıcı çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 03 İyul 2021

    Pərvindən çimərlik geyimində - FOTOLAR

Belarusu çökdürəcək sanksiyalar hazırlanır - Avropadan bu ölkəyə 1 avro da gəlməyəcək

Tarix 19.06.21, 13:10

Font ölçüsü : - / +
bitmap-img6


Avstriya hökuməti və Avropa diplomatlarının bildirdiyinə görə, Avropa İttifaqı ötən ay "Ryanair" hava şirkətinin sərnişin təyyarəsini məcburən Minskə endirdiyinə və sərnişinlərin arasında olan müxalifət fəalını həbs etdiyinə görə Belarusun üzərinə iqtisadi sanksiyaların qoyulmasına dair razılaşma əldə edib.

Avstriyanın Xarici İşlər Nazirliyi iyunun 18-də verdiyi bəyanatda bildirir ki, bu razılaşma Belarus rejiminin dözülməz repressiya aktlarına qarşı aydın və hədəfli siqnal deməkdir. Xarici işlər naziri Aleksander Şellenberq "Twitter" postunda bu sanksiyaların təsirli və hədəfli olduğunu yazıb.

Avropa İttifaqının xarici işlər nazirləri iyunun 21-də Lüksemburqda keçiriləcək iclasda Belarusun avtoritar lideri Aleksandr Lukaşenko rejiminin "pul kisəsini" vuracaq sanksiyaları müzakirə edəcəklər. Bundan əvvəl sanksiyalar sözügedən ölkələrin ekspertləri tərəfindən razılaşdırılıb.

Əgər sanksiyalar Avropa İttifaqı hökumətləri tərəfindən siyasi səviyyədə razılaşdırılarsa, Belarusa kreditlərin verilməsi dayandırılacaq, Avropa İttifaqı investorlarına Belarus hökumətinin qiymətli kağızları ilə alış-veriş etmək qadağan olunacaq. Sanksiyalar, habelə Avropa banklarına Belarusa investisiya xidmətlərinin göstərilməsini qadağan etməlidir.

"Reuetrs" agentliyi bildirir ki, sanksiyalar habelə Belarusa daha sərt silah embarqosu irəli sürür, adamların izlənməsi üçün istifadəsi mümkün olan kommunikasiya avadanlığının bu ölkəyə satılmasını yasaqlayır.

Bəzi məlumatlara görə sanksiyalara, habelə Belarusun əsas ixrac məhsulu olan potaşın alınmasının qadağanı, Avropa İttifaqının Belarusdan tütün məhsullarını, neft və neft məhsullarını almasının məhdudlaşdırılmasını nəzərdə tutur.

18 iyun razılaşmasının əldə olunmasına ən çox Avstriya müqavimət göstərirdi. Vyananı xüsusilə də Belarusun maliyyə sisteminə sanksiyaların qoyulması narahat edirdi. Diplomatlar bildirirlər ki, Avstriya bankları ilə Belarus arasında sıx işbirliyi mövcuddur.

Avropa İttifaqı bundan əvvəl Ryanair reysinin məcburən Belarusa endirilməsinə reaksiya verib. Avropa İttifaqının hava məkanı və hava limanları Belarus aviaşirkətlərinə bağlı elan edilib.

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell Avropa Parlamenti üzvlərinə Belarusa qarşı sanksiyaların artıq bu aydan tətbiqinə başlanacağını bildirib.

"AzPolitika.info"



Xəbərin oxunma sayı : 706

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda