Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Belələri Azərbaycanda bəlkə yüz minlərlədir... - İqtisadçı alimə məktub

Tarix 08.04.21, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


"Anam heç bir yerdə işləmir. Heç bir yerdən gəlirimiz yoxdur. Maddi durumumuz çox çətindir”.

AzFakt xəbər verir ki, bu sətirlər iqtisadçı alim Qubad İbadoğluya uşaqpulunun verilməsi ilə bağlı ünvanlanan məktubdan götürülüb. Məktub sahibinin 16 yaşı var:

"3 bacıyıq. 2003, 2005, 2006 təvəllüdlü. Anamla atam 7 ildir ayrılıblar. Atam bizimlə nə maddi, nə də mənəvi tərəfdən maraqlanır. Kirayədə qalırıq. Ev pulunun borcu 1000 manata yaxın yığılıb. Maddi durumumuz çox zəif olduğuna görə ödəyə bilmirik. Anam dəfələrlə ünvanlı sosial yardım almaq üçün müraciət etmişdi. Hər dəfəsində müxtəlif bəhanələr gətirirlər. Müxtəlif yerlərə müraciət etmişik. Heç kəs bizim müraciətimizə baxmır. Anam illərdir ki, sənədlərlə bağlı dövlət qurumlarının yollarında qalıb. Haqqımız olanı almaq, çörək pulu çıxarmaq üçün. Arzularım, xəyallarım var, lakin durum, yaşayış buna əngəldi. İstəyirəm ki, anam əziyyət çəkməsin. İşləri asan düzəlsin. Müraciətlərimizə ciddi yanaşılsın. Bu ölkədə yaşayırıqsa, bu ölkənin vətəndaşlarıyıqsa, bizə də nəzər yetirsinlər. Bilmirəm, siz bizə necə kömək edəcəksiniz? Ümid edirəm ki, səsimə səs verəcəksiniz. Mən hələ də yaxşı insanların var olduğuna inanıram”.

Qubad İbadoğlu ona yüzlərlə belə müraciətin ünvanlandığını vurğulayıb:

"Belələri Azərbaycanda minlərlə, bəlkə də on, yüz minlərlədir. Maraqlanan varmı? Onların heç də hamısı səsini çıxara və yaza bilmir. Mən belə halları, belələrinin kütləvi xarakter aldığını bildiyimdən uşaqpulu davasını aparıram”.



Xəbərin oxunma sayı : 661




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap