Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Bəxtiyar Hacıyevdən Sahil Babayevə korrupsiya ittihamı... - FOTO

Tarix 24.01.22, 16:47

Font ölçüsü : - / +
bitmap-img6


İctimai fəal: "Nazir müavininin "Ekvita"sı, "Ekvita" işçisinin "Global Legal" şirkətlərini də əlavə etsək, Sahil Babayev təxminən 250 milyon manatdan çox vəsaiti bu şirkətlərə verib."..

Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi üzrə əsaslı təmir aparılıb.

Pia.az xəbər verir ki, bu işlərə 27 milyondan artıq vəsait xərclənib.

İctimai fəal Bəxtiyar Hacıyev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Göygöl kimi bahalı rayonda hazır tikilmiş olan həmin binanı cəmi-cümlətanı 27-cə milyon manata necə əsaslı təmir etdirib:

Hacıyev sosial şəbəkə vasitəsi ilə nazirə sual edir ki, “Necə qənaət edib o boyda böyük vəsaitə? Bu binanın əsaslı təmiri əslində neçə yüz milyon manat olmalı idi?”.

İctimai Fəal yazır ki, Sahil Babayev nazir təyin olunduqdan 2 ay sonra yaranan, bu günə qədər saytları, işlək telefonları, ofisləri olmayan, telefon nömrələri ard-arda gizlədilən "Aznest" və "Aqri Kon" şirkətlərinin açıq mənbələrdə 160 milyon manatdan çox tender udub:

"Soldakı sənəddən də göründüyü kimi açıq mənbələrdə bütün tenderlər qeyd edilməyib, məsələn, 3 saylı Psixonevroloji müəssisənin təmirinə nə az, nə çox, 27.6 milyon manat ayrılıb. Ancaq bu məlumat elektron satınalmalar portalında yoxdur. Belə tenderləri, nazir müavininin "Ekvita"sı, "Ekvita" işçisinin "Global Legal" şirkətlərini də əlavə etsək, Sahil Babayev təxminən 250 milyon manatdan çox vəsaiti bu şirkətlərə verib.

"AqriKon" QSC-nin saytı yoxdur. Facebookdakı səhifəsini hazırda 4(!) nəfər izləyir. Son post 2019-cu ildə yenilənib. Şirkətin nömrəsi GetContactda "Aznest" nömrəsi gizlədildiyi gün gizlədilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qədər sıx əməkdaşlıq etdikləri, 160 milyon manatdan çox tender verdikləri şirkətlərin rəhbərlərini cəmiyyətə təqdim etməlidirlər. Onların ofislərini çəkib, ictimaiyyətə məlumat verməlidirlər. Təsisçi mətbuat konfransı keçirməlidir, bu tenderləri necə udmaqları barədə açıqlama verilməlidir.

Əks halda, susduqları müddətcə bu şirkətlərin Sahil Babayevə məxsus olması, Sahil Babayevin kabinetini təmir edən fəhlənin üstünü təmizləyərək atdığı imza ilə milyonların ora köçürülməsi barədə deyilənləri səssizlikləri ilə təsdiq etmiş olacaqlar. Eyni zamanda milyonlarla insanımız pensiya, müavinət dərdi çəkdiyi, işsizlikdən əziyyət çəkdiyi bir vaxtda naməlum, heç bir əlaqə məlumatları işləməyən, facebookda 4 izləyicisi olan şirkətlərə 160 milyon manat ayırmaqlarının cinayət olduğunu qəbul etdiklərini göstərəcəklər.

Maksimum paylaşaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səhifələrinə qeyd edək, rəsmiləri işarələyək, cavab tələb edək".





Xəbərin oxunma sayı : 538




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap