“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Beyləqanın icra başçısı rayon ağsaqqalları ilə görüşdü - FOTOLAR

Tarix 09.08.24, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayon ağsaqqalları ilə görüş keçirib.

AzFakt.com xəbər verir ki, ötən gün Tarix-Diyarşünaslıq muzeyinin akt zalında təşkil olunmuş görüşdə icra başçısının müavini və aparatın şöbə müdirləri də iştirak ediblər.

Rayon rəhbəri rayonun ağsaqqalları, ictimaiyyət arasında nüfuz və hörmətə malik insanlarla görüşməyin çox xoş olduğunu bildirib, qeyd edib ki, belə insanlarla fikir mübadiləsi etmək, məsləhət və təkliflərini öyrənmək işə müsbət təsir göstərə bilər.

Ə.Əzizov bildirib ki, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, vətənimizin davamlı inkişafında, ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında, elm, təhsil və mədəniyyətimizin inkişafında, gənc nəslin yetişməsi və formalaşmasında ağsaqqalların müstəsna xidmətləri var.

Görülən və görüləcək işlər barədə danışan rayon icra hakimiyyətinin başçısı onu da qeyd edib ki, görülən bütün səmərəli işlər bundan sonra da davam etdiriləcək.

Tədbirdə çıxış edən rayon Ağsaqqallar şurasının sədri Etibar İmanov ağsaqqalların cəmiyyətin inkişafındakı mövqeyindən bəhs edib, rayon ağsaqqallarının adından ziyalılara, ağsaqqallara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Tədbirdə yaşlı nəslin nümayəndələri əldə edilən uğurlarla yanaşı, mövcud problemlərdən də bəhs edib və təkliflər səsləndiriblər. Sonda ağsaqqallar üçün nahar süfrəsi təşkil edilib.








Xəbərin oxunma sayı : 2149




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap