Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Beynəlxalq kulinariya yarışlarda ölkəmizi “Yaban Bulvar” restoranı təmsil edəcək - FOTO

Tarix 12.10.21, 19:24

Font ölçüsü : - / +
bitmap-img6


Oktyabrın 12-də “Yaban Bulvar” restoranında ölkəmizi beynəlxalq çempionatlarda təmsil edəcək Azərbaycan Milli Kulinariya komandasının təqdimat mərasimi keçirilib.

AzFakt.com xəbər verir ki, Azərbaycan Milli Kulinariya Mərkəzinin qərarı ilə qarşıdan gələn beynəlxalq yarışlarda kulinariya komandamızı “Yaban Bulvar” restoranı təmsil edəcək.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, cari ilin dekabrında Türkiyədə beynəlxalq kulinariya çempionatı keçiriləcək. Azərbaycanı bu yarışda 10 nəfərdən ibarət komanda təmsil edəcək. Heyətə Azərbaycan Milli Kulinariya komandasının üzvləri daxildir.

Tahir Əmiraslanov Azərbaycan Milli Kulinariya Assosiasiyasının diplomunu restorana təqdim edərək bildirib ki, diplom bir il müddətinə qüvvədədir. Əgər restoran öz səviyyəsini il ərzində qoruyarsa diplom növbəti ildə yenilənəcək.

“Yaban Bulvar” restoran şəbəkəsinin rəhbəri Rəşid Hüseynov göstərilən etimadı doğruldacaqlarına söz verib. O deyib: “Çalışırıq göstərilən xidməti peşəkar səviyyədə saxlayaq. Ümid edirəm restoranımız ölkəmizə gələn turistlər üçün yaddaqalan bir məkana çevriləcək”.

Sonra R.Hüseynov Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illik yubiley medalı ilə təltif edilib.

Tədbirdə “Yaban Bulvar” restoranının iaşə standartlarına uyğunluğu, yemək və xidmətlərinin yüksək səviyyədə olması nəzərə alınaraq Azərbaycan Milli Kulinariya Assosiasiyasına üzviliyə qəbul olunub.

Qeyd edib ki, yaxın zamanlarda Tahir Əmiraslanovun “Dolmalar” kitabı ingilis dilinə tərcümə ediləcək. (AZƏRTAC)

Açıklama yok.
Açıklama yok.
 Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.





Xəbərin oxunma sayı : 541




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap