Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bolqarıstan olkəmizin strateji tərəfdaşlarındandır

Tarix 04.10.22, 16:59

Font ölçüsü : - / +
bitmap-img6


Cənubi Qafaqazın lider dövləti olan Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir.

Qeyd etmək lazımdır ki, ölkəmizin başçısı,  Prezident İlham Əliyevin bu yaxınlarda Bolqarıstan dövlətinə rəsmi səfəri və bu ölkənin dövlət başçısı Prezident Radev ilə görüşü iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli
münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycan və Bolqarıstan arasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. Beləliklə əlaqələr şaxələnir-iqtisadi tərəfdaşlar müxtəlif platformalarda, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində ortaq mövqedən çıxış edir, bir-birini dəstəkləyir. İkitərəfli əməkdaşləq öz növbəsində regional inkişafı, xalqların rifahını və təhlükəsizliyi, siyasi yaxınlaşmanı stimullaşdırır.
Eyni zamanda, 2015-ci ildə Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xüsusi qeyd etmək lazımdır. Bu Bəyannamə Azərbaycan-Bolqarıstan əlaqələrini yüksək səviyyədə qaldırıb.

Azərbaycanın enerji ehtiyatları həm milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə-iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yancaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi
vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.

Azərbaycan və Bolqarıstan arasında münasibətlərdə enerji sahəsində əməkdaşlıq sahəsi əhəmiyyətli yer tutur. Dövlət rəhbərlərinin görüşündə bu istiqamətə də diqqət yetirilib. Azərbaycanla Bolqarıstan enerji sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb.

Ümumiyyətlə, Azərbaycan özünün enerji təhlükəsizliyinin təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da vacib rol oynayır. Bütün bunlar Azərbaycanın artan gücü, qüdrəti sayəsindədir. Bu inkişafın əsas səbəbkarı isə Prezident İlham Əliyev cənablarının uğurla həyata keçirdiyi inkişaf strategiyasıdır.

Mahirə İbrəhimova



Xəbərin oxunma sayı : 418




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap