“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Britaniya hökuməti “TikTok”a məhdudiyyət qoyub - Dünya örnək götürəcəkmi?

Tarix 23.03.23, 20:49

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniya parlamenti “TikTok”a hökumət cihazlarında və daxili şəbəkədə məhdudiyyət qoymaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Qeyd olunub ki, qərar “parlament üçün əsas prioritet” olan informasiya təhlükəsizliyi səbəbi ilə qəbul edilib.

Parlamentdəki mənbə “The Guardian”a bildirib ki, sosial şəbəkədən istifadəni qadağan etmək qərarı “Böyük Britaniya hökuməti ilə müəyyən sosial şəbəkələr və proqramlar tərəfindən izləmə və məxfilik pozulmalarının potensial riskləri ilə bağlı müzakirələrdən sonra verilib”.

Böyük Britaniya hökuməti “TikTok”a qarşı sərt addımlar atan ilk ölkə deyil. Bundan əvvəl Şotlandiyada, Yeni Zelandiyada və ABŞ-nin bir sıra ştatlarında hökumət rəsmilərinə bu sosial şəbəkədən istifadə qadağan edilib.

ABŞ-ın dövlət katibi Entoni Blinken də deyib ki, Ağ Ev “TikTok” sosial şəbəkəsini ölkənin milli təhlükəsizliyinə təhdid hesab edir.

APA-nın məlumatına görə, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxışı zamanı o, “TikTok”un “bu və ya digər şəkildə bitməli olduğunu” vurğulayıb.

P.S. Qeyd edək ki, son aylarda bir çox ölkələrdə sözügedən sosial şəbəkənin mənfi cəhətləri barədə söz-sphbətlər böyüyüb və onun qadağan edilməsi barədə müzakirələr gedir. Görək, həmin ölkələr Britaniyanın təcrübəsindən örnək götürəcəkmi?



Xəbərin oxunma sayı : 670




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap